“Ermənistan hökumətinin danışıqların formatını dəyişməyə cəhd etməsi qəbuledilməzdir”
Tarix: 14.03.2019 | Saat: 20:36:00 | E-mail | Çapa göndər


“BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib. O qətnamələrdə bizim torpaqlarımızın azad edilməsi, Ermənistan qoşunlarının oradan dərhal və tam şəkildə çıxarılması tələb edilir”

“Həmsədrlər Ermənistana aydın mesaj göndəriblər ki, danışıqların formatının dəyişilməsinə yönəlmiş cəhd qəbuledilməzdir. Ondan bir neçə gün öncə Avropa İttifaqının yüksək səviyyəli rəsmiləri eyni bəyanatla çıxış ediblər. Bu format artıq uzun illərdir mövcuddur və onu dəyişmək cəhdi danışıqlar prosesini bloklamaq cəhdidir. Onun üçün də bütün məsuliyyət məhz həmin tərəfin üzərindədir. Heç bir format dəyişilə bilməz”

“Ərazi bütövlüyümüz beynəlxalq hüququn fundamental prinsipidir. BMT Nizamnaməsində də, Helsinki Yekun Aktında da ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə prinsipləri arasında açıq-aydın balans ifadə edilib. Öz müqəddəratını təyinetmə heç vaxt ərazi bütövlüyünün pozulması ilə nəticələnə bilməz. Bununla da biz bir daha beynəlxalq hüquq prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində bu münaqişənin nizamlanmasına hazırıq”

“Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin işğalı faktı mövcuddur. Bunun nəticəsində Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayonumuz Ermənistanın işğalı altındadır. Bir milyondan artıq qaçqın və məcburi köçkün bu gün həmin o işğalın əziyyətini çəkir. Bizim xalqımıza qarşı etnik təmizləmə həyata keçirilib. İşğal olunmuş ərazilərdəki bütün tarixi abidələrimiz Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb və məhv edilib. Bu, ATƏT-in iki dəfə oraya göndərdiyi faktaraşdırıcı missiyalarının hesabatlarında da əksini tapıb”. Bu fikirləri Prezident İlham Əliyev VII Qlobal Bakı Forumunun açılışındakı nitqində bildirib. Prezident vurğulayıb ki, Azərbaycan torpaqlarının işğalı beynəlxalq hüququn kobud pozulmasıdır, eyni zamanda, beynəlxalq təşkilatların qətnamələrinin də kobud şəkildə pozulmasıdır: “BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib. O qətnamələrdə bizim torpaqlarımızın azad edilməsi, Ermənistan qoşunlarının oradan dərhal və tam şəkildə çıxarılması tələb edilir. ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti və digər təşkilatlar da buna bənzər qərar və qətnamələr qəbul edib ki, onlar beynəlxalq hüquqa, ədalətə əsaslanır. Məhz o qətnamələr bu münaqişənin sülh yolu ilə həll edilməsi üçün hüquqi zəmin yaradır. Status-kvo qəbuledilməzdir. Bu münaqişənin nizamlanması ilə bağlı mandat əldə edən Minsk qrupunun həmsədr ölkələrinin başçıları da bəyan ediblər ki, status-kvo qəbuledilməzdir. Biz bunu tamamilə dəstəkləyirik. Bunun üçün isə Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmalıdır və qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qayıdışı üçün müvafiq şərait yaradılmalıdır”. “Biz görürük ki, Ermənistan hökuməti bu gün danışıqların formatını dəyişməyə cəhd edir” - deyən Prezident qeyd edib ki, bu, qəbuledilməzdir: “Hesab edirik ki, bu, danışıqlar prosesini bloklamağa yönəlmiş cəhdlərdir. Bu, təkcə bizim fikrimiz deyil, beynəlxalq təşkilatlar da bizim fikrimizi bölüşür. Bu günlərdə ATƏT-in Minsk qrupunun həmsədrləri müvafiq bəyanatla çıxış ediblər. Onlar Ermənistana aydın mesaj göndəriblər ki, danışıqların formatının dəyişilməsinə yönəlmiş cəhd qəbuledilməzdir. Ondan bir neçə gün öncə Avropa İttifaqının yüksək səviyyəli rəsmiləri eyni bəyanatla çıxış ediblər. Bu format artıq uzun illərdir mövcuddur və onu dəyişmək cəhdi danışıqlar prosesini bloklamaq cəhdidir. Onun üçün də bütün məsuliyyət məhz həmin tərəfin üzərindədir. Heç bir format dəyişilə bilməz. Bu, birincisi. İkincisi, danışıqlar nəticəyönümlü olmalıdır, yalnız danışıqlar xatirinə aparılmamalıdır. Azərbaycan bu prosesi irəli aparmağa hazırdır və bu danışıqlar nəticəsində bizim ərazi bütövlüyümüz bərpa edilməlidir. Ərazi bütövlüyümüz beynəlxalq hüququn fundamental prinsipidir. BMT Nizamnaməsində də, Helsinki Yekun Aktında da ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə prinsipləri arasında açıq-aydın balans ifadə edilib. Öz müqəddəratını təyinetmə heç vaxt ərazi bütövlüyünün pozulması ilə nəticələnə bilməz. Bununla da biz bir daha beynəlxalq hüquq prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində bu münaqişənin nizamlanmasına hazırıq”.

Hikmət Hacıyev:
“Minsk qrupunun həmsədrlərinin son bəyanatı məhz Ermənistana ünvanlanıb”
Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə müsahibəsində deyib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin son bəyənatı ilə əlaqədar Azərbaycan Respublikasının mövqeyi ifadə olunub: “Belə ki, bu bəyanatda əks olunan fikirlərin bir qismi Azərbaycan Respublikasının mövqeyini əks etdirir və biz hesab edirik, bu bəyanat məhz Ermənistana ünvanlamış bir bəyanatdır. Onun ünvan sahibi məhz Ermənistan Respublikasıdır”. Şöbə müdiri bildirib ki, danışıqlarda hər hansı şərtin qoyulması qəbulediməzdir və danışıqlar olduğu şəkildə davam etdirilir: “Bəyanatda, həmçinin qeyd olunur ki, aqressiv ritorika əsasında fikirlərin səsləndirilməsi də doğru deyil. Bundan başqa, həmsədrlər bəyanatda münaqişənin həlli ilə bağlı mərhələli həll prinsiplərini qeyd ediblər. Burada vurğulanır ki, Azərbaycan torpaqları işğaldan azad edilməli, məcburi köçkünlər geri qaytarılmalıdır. Bu, Helsinki Yekun Aktında da göstərilib. Xalqların öz müqəddəratını təyinetmə prinsipi dövlətlərin ərazi bütövlüyünə xələl gətirməməlidir. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin statusuna gəldikdə isə Azərbaycan hər zaman ərazi bütövlüyü çərçivəsində bu məsələni müzakirə etməyə hazırdır. Burada da Helsinki Yekun Aktının əsas prinsiplərinə istinad olunmalıdır”. Ermənistan tərəfinin danışıqların formatını dəyişdirmək iddialarının əsassız olduğunu qeyd edən Hikmət Hacıyev bildirib ki, görüşlər də görüş naminə deyil, nəticəyönümlü olmalıdır.

Salome Zurabişvili:
“Dağlıq Qarabağ separatçılarının Abxaziya və Cənubi Osetiyaya səfər etmələri bizim üçün çox ağrılıdır”
Qeyd edək ki, Gürcüstan Prezidenti Salome Zurabişvili Ermənistan parlamentinin sədri Arart Mirzoyanla görüşdə deyib ki, Dağlıq Qarabağ separatçılarının Abxaziya və Cənubi Osetiyaya səfər etmələri, eyni zamanda, bu münaqişələrin eyni və simmetrik olması barədə danışmaları Gürcüstan üçün çox kədərli və ağrılı məsələdir. Gürcüstanın dövlət başçısı deyib ki, bu münaqişələr regionumuzun birgə inkişafını məhdudlaşdırır: “Gürcüstanın işğal altında olan iki ərazisi var və əgər biz ölkənin maraqları barədə danışırıqsa, o zaman bizim üçün əsas və yeganə maraq ondan ibarətdir ki, bizim suverenliyimiz və ərazi bütövlüyümüz yalnız sözdə deyil, faktiki olaraq da tanınmalıdır”. S.Zurabişvili Minsk qrupu və Cenevrə danışıqlar formatının passiv olduğunu vurğulayıb və bildirib ki, bu formatlar vəziyyətdə dönüş yarada biləcək siyasi qərarlar qəbul edə bilmirlər: “Hesab edirəm ki, biz, bu münaqişələrin beynəlxalq normalar əsasında həllində yeni mərhələyə nail olunması üçün birgə çalışmalıyıq”. Dövlət başçısı qeyd edib ki, Gürcüstan ərazisində olmayan münaqişə ölkədə yaşayan azərbaycanlılar və ermənilər üçün də çox ağrılıdır: “Bu münaqişə Gürcüstan ərazisinə keçsə, ölkə üçün dağıdıcı ola bilər. Buna görə də bütün münaqişələr sülh yolu və beynəlxalq normalar əsasında həllini tapmalıdır”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
18.04.2019
“Azərbaycanın işğal olunmuş ərazilərində terrorçu qruplaşmalar yaradılır”
16.04.2019
“Sülh danışıqları rəsmi İrəvan tərəfindən qəsdən yubadılır”
11.04.2019
Beynəlxalq təşkilatda Ermənistanın növbəti təxribatının qarşısı alınıb
09.04.2019
BMT qərargahında işğal edilmiş ərazilərimizdə beynəlxalq təşkilatların qeyri-qanuni iqtisadi fəaliyyətindən danışılıb
08.04.2019
“Ermənistan sülh istəyirsə, erməni əsgəri qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxmalıdır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10782

1 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
4 Dünya rəssamları arasında yer alan azərbaycanlı
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info