Mədəniyyətdə könüllülük hərəkatı...
Tarix: 15.03.2019 | Saat: 01:41:00 | E-mail | Çapa göndər



Ölkə rəhbərliyinin təşəbbüsü və xüsusi diqqəti sayəsində respublikamızda son illərdə könüllülük fəaliyyəti sürətli inkişaf mərhələsini yaşamaqdadır. Vətəndaş cəmiyyətinin əsas göstəricilərindən biri olan könüllülük fəaliyyəti dövlət idarəçilik sisteminin bütün istiqamətlərini əhatə etməklə istedadlı gənclərin inkişafı üçün əlavə imkanlar yaradır. Yaradıcılıq, tükənməz enerji və vətən sevgisi kimi keyfiyyətləri özündə ehtiva edən könüllülük fəaliyyətinin mədəniyyət sahəsində geniş vüsət tapması, mədəniyyət siyasətinin qarşısında duran strateji vəzifələrin daha rasional və effektiv reallaşmasına səbəb olmaqla yanaşı, gənclərin dövlət idarəetmə sistemində fəal mövqe tutmalarına əlavə zəmin yaradır.


Belə ki, mədəniyyət sahəsi üzrə könüllülük fəaliyyətinin sistemli şəkildə təşkili məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən ardıcıl məqsədyönlü tədbirlərin görülməsi nəzərdə tutulur.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, sözügedən istiqamətdə nazirliyin sistemində fəaliyyət göstərən müvafiq qurumların potensialından istifadə edərək respublikamızda keçirilən yüzlərlə mədəni tədbirlərin təşkili məsələlərində sahəyə maraq göstərən gənclərin yaxından cəlb olunması planlaşdırılır. “ASAN Könüllülər”lə sıx əməkdaşlıq əlaqələri şəraitində təşkil olunacaq fəaliyyət çərçivəsində ilk növbədə ölkəmizin müvafiq ali və orta ixtisas müəssisələrində təhsil alan şagird və tələbələrin sözügedən hərəkata cəlb olunması planlaşdırılır.
Birinci mərhələdə Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri sözügedən imkanlardan faydalanma hüquqlarını əldə edəcəklər.
Nazirliyin sistemi üzrə könüllülük fəaliyyətinin inkişafı ilə əlaqədar görüləcək işlərin koordinatoru Nazirliyin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev və “ASAN Xidmət”in könüllülərlə iş üzrə bölmənin rəhbərliyi ilə təşkil olunmuş görüş zamanı qurumlar arasında mövcud istiqamət üzrə fəaliyyətin əlaqələndirilməsi mexanizmləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Nazirlik tərəfindən mədəniyyət sahəsi üzrə könüllülük fəaliyyətinin inkişafı məqsədilə müvafiq stimullaşdırıcı sistemin hazırlanması da nəzərdə tutulur.




 
Bölməyə aid digər xəbərlər
24.03.2019
Fransada teatr tamaşasında xalq mahnılarımız ifa olunub
24.03.2019
Strasburqda “Azərbaycan Ədəbiyyatı Antologiyası” kitabının təqdimatı olub
23.03.2019
Boluda Koroğlu abidəsinin ucaldılması mənim üçün tarixi şansdır
22.03.2019
Novruz bayramı San-Dieqo şəhərində də qeyd edilib
21.03.2019
Ankaradakı “Buta Bakı” Evində Novruz şənliyi keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info