İngiltərənin ən yaşlı xanımı vəfat etdi
Tarix: 25.07.2013 | Saat: 15:42:00 | E-mail | Çapa göndər


İngiltərənin birinci, dünyanın isə ikinci uzunömürlü xanımı vəfat edib. 115 il 199 gün yaşamış Sant Kaur Bayva Londonda dünyasını dəyişib. O, 1882-ci ildə Pakistanda anadan olub və 1969-cu ildən Londonda ömür sürürdü.
Onun ailəsi nənə Bayvanın dünyanın ən yaşlı xanımı olmasını iddia edir. Amma ailə heç vaxt Ginnes sənədi əldə edə bilməyib. Buna səbəb xanım Bayvanın doğum haqqında şəhadətnaməsinin olmamasıdır.
Amma digər sənədlərə əsasən, onu dünyanın ikinci yaşlı xanımı kimi qeydiyyata alıblar.
Xanım Bayvanın ən böyük nəvəsi Şarlin nənəsini ailənin yapışqanı hesab edib: "O, ailə üzvlərini bir-birinə çox sıx bağlayan varlıq olub".
Bayva iki dünya müharibəsinin, Hindistan-Pakistan parçalanmasının, həmçinin 3 əsrin canlı şahididir. Onun 3 övladı və 12 nəvəsi var.
Ginnes göstəricilərinə görə, hazırda dünyanın ən yaşlı xanımı Yaponiyada yaşayır və hazırda o, ömrünün 115 il 99 günündədir. Xanım Bayvanın ölümündən sonra isə Böyük Britaniyanın ən yaşlı qadını 113 yaşlı Qreys Jons hesab olunur.
Tural




 
Bölməyə aid digər xəbərlər
11.11.2018
“Instagram“ tənhalıq və depressiyaya səbəb olur?
11.11.2018
Düşənbədə “Oşi palav” festivalında 10 ton plov bişirilib
03.11.2018
“Airbus” Aya səyahət üçün modul elektrik stansiyası hazırlayıb
03.11.2018
Yaponiyanın “Euglena” startap şirkəti yosunlardan bioyanacaq istehsal edəcək
03.11.2018
Norveçdə poçt bağlamalarının çatdırılması robotlara həvalə ediləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info