Dövlət Miqrasiya Xidmətində qanvermə aksiyası keçirilib
Tarix: 15.03.2019 | Saat: 14:42:00 | E-mail | Çapa göndər


Martın 15-də Dövlət Miqrasiya Xidmətinin (DMX) mərkəzi aparatında Xidmətin yaradılmasının 12-ci ildönümü və miqrasiya orqanları işçilərinin peşə bayramı ərəfəsində qanvermə aksiyası keçirilib. DMX-dən bildiriblər ki, Prezident İlham Əliyevin təsdiq etdiyi “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramına uyğun olaraq, təşkil edilən qanvermə aksiyasında qurumun 170 əməkdaşı iştirak edib. Dövlət Miqrasiya Xidməti ilə Azərbaycan Talassemiya Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən aksiyanın məqsədi talassemiya və digər irsi qan xəstəliyindən əziyyət çəkən insanlara, xüsusən, uşaqlara yardım etmək və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaqdır. Qeyd edək ki, Bahadur Eyvazov adına Hematologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim hematoloqları donorların sağlamlıq vəziyyətini yoxladıqdan sonra onlardan qan götürüblər.
Götürülən qan nümunələri laboratoriyada müayinə edildikdən sonra aidiyyəti üzrə istifadə olunacaq.




 
Bölməyə aid digər xəbərlər
20.05.2019
Birinci rübdə ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə az səyyar vergi yoxlaması keçirilib
20.05.2019
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən
20.05.2019
Kürdəmirdə “ASAN xidmət” mərkəzinin tikintisinə vəsait ayrılıb
20.05.2019
Britaniya Kraliçası Azərbaycan Prezidentini təbrik edib
20.05.2019
Sabah bəzi bölgələrdə leysan yağacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10783

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
3 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
4 Üç müharibə iştirakçısı olan general-mayor
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info