Bakıda 206 və 211 nömrəli avtobusların hərəkət qrafiki dəyişdirilir
Tarix: 15.03.2019 | Saat: 14:52:00 | E-mail | Çapa göndər


Bakı Nəqliyyat Agentliyi (BNA) Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) ilə birgə əməkdaşlığı çərçivəsində Yasamal Yaşayış Kompleksində yaşayan sakinlərinin ictimai nəqliyyatdan istifadəsini təmin etmək məqsədilə bir neçə marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edib. BNA-dan bildirilib ki, dəyişikliyə əsasən martın 16-dan 206 və 211 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar kompleksin ərazisindən keçməklə hərəkət edəcəklər. Xatırladaq ki, Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksi ərazisində nəqliyyat vasitələrinin və piyadaların rahat hərəkətinin təşkili üzrə işlər Bakı Nəqliyyat Agentliyi tərəfindən həyata keçirilib. Kompleksin ərazisində piyadaların və nəqliyyat vasitələrinin rahat, maneəsiz və təhlükəsiz hərəkəti Avropa standartlarına və ən əsası müasir şəhərsalma prinsiplərinə uyğun təmin edilib.
Tikinti obyektlərinin layihələndirilməsi zamanı nəqliyyat məsələlərinin düzgün təşkilinin zəruriliyini nəzərə alaraq Bakı Nəqliyyat Agentliyi əməkdaşlığa hazır olduğunu bəyan edir.




 
Bölməyə aid digər xəbərlər
20.05.2019
Birinci rübdə ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə az səyyar vergi yoxlaması keçirilib
20.05.2019
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən
20.05.2019
Kürdəmirdə “ASAN xidmət” mərkəzinin tikintisinə vəsait ayrılıb
20.05.2019
Britaniya Kraliçası Azərbaycan Prezidentini təbrik edib
20.05.2019
Sabah bəzi bölgələrdə leysan yağacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10783

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
3 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
4 Üç müharibə iştirakçısı olan general-mayor
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info