“Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib
Tarix: 15.03.2019 | Saat: 16:16:00 | E-mail | Çapa göndər


Azərbaycan Kənd Qadınları Assosiasiyası Cəmiyyəti Masallı rayonunun Çaxırlı kəndindəki "Bahar" Qadınlar İnkişaf Qrupuna yeni tikiş maşınlarının təqdimatı keçirilmişdir. Tədbirdə rayonun bəzi kəndlərinin ərazi nümayəndəsi və bələdiyyə sədrləri iştirak etmişlər.
Tədbiri Çaxırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Musa Qubadov açmış, dövlətimizin inkişafından, qadınlara göstərilən qayğıdan danışmış, kənddə yaradılmış "Bahar" Qadınlar İnkişaf Qrupuna göstərilən qayğıya görə Prezident İlham Əliyevə və Masallı RİH başçısı Rafil Hüseynova kənd sakinləri adından minnətdarlıq bildirmişdir: "Bahar" Qadınlar İnkişaf Qrupu yaranandan sonra kəndimizdə səyyar qəbul keçirən Masallı RİH başçısı Rafil Hüseynov daxili imkanlar hesabına onlara 3 tikiş maşını verəcəyini vəd etmişdi. Rayon rəhbəri vədinə əməl etmiş və qrupa Yaponiya istehsalı olan 3 tikiş maşını verilməsinə dəstək olmuşdur. Bu gün həmin maşınların qrupa verilməsinin təqdimatı keçirilir”.
Açılış mərasimində "Cənub" Çörəyi Qrupunun rəhbəri Səadət Rufullayeva, "Bahar" Qadınlar İnkişaf Qrupunun rəhbəri Gülbahar Əmiraslanova, QMİ-nin Cənub bölgəsi üzrə qazisi Mirqiyas Təhməzov və başqaları çıxış edərək Prezident İlham Əliyevə, Birinci vitse - prezident Mehriban xanım Əliyevaya minnətdarlıq bildirmişlər.
Masallı RİH başçısı Rafil Hüseynov öz çıxışında göstərmişdir ki, 3 köhnə tikiş maşını ilə fəaliyyətə başlayan bu qrupda 12 qadının çalışması təqdirəlayiqdir:”Hər kənddə birlik olsa, belə qrupların yaradılması çətin deyil. Rayonun bir neçə kəndində belə qruplar fəaliyyət göstərir. Bir neçə il əvvəl fəaliyyətə başlayan "ABAD" xidmətinin məhsulları indi ölkədə razılıqla alınır. Bu, əsl ailə təsərrüfatıdır. Bütün bunlara görə biz ölkə rəhbərinə minnətdar olmalıyıq. Dövlət həmişə belə qruplara dəstək olur, onların inkişafına maraq göstərir. Çox keçməz ki, "Bahar" da öz məhsullarını təkcə kənddə yox, rayonda da satmağa nail olacaq. Biz də bu qrupa köməyimizi əsirgəməyəcəyik”.
Masallı RİH başçısı tikiş maşınlarını qrupun rəhbərinə təqdim etmişdir.
Rayon rəhbəri qrupun fəaliyyətinə xeyir-dua vermiş, tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik etmiş, xoş arzularını bildirmişdir.

Əlihüseyn Şükürov
Həsənağa Əliyev




 
Bölməyə aid digər xəbərlər
21.05.2019
Normadan artıq şəkər istehlakı orqanizm üçün zərərlidir
21.05.2019
Masallı Tarix-Diyarşünaslıq Muzeyində Beynəlxalq Muzeylər Günü
21.05.2019
“Sağlam Qida” Könüllülərinin 1-ci Respublika Forumuna qeydiyyat başladı
20.05.2019
Bu yazın ölüm ayı
20.05.2019
Masallı rayonu hesabat verdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info