Forumun altıncı panel iclası dünya üçün Çinin inkişafı və imkanları mövzusuna həsr olunub
Tarix: 15.03.2019 | Saat: 17:56:00 | E-mail | Çapa göndər


Martın 15-də VII Qlobal Bakı Forumu çərçivəsində keçirilən altıncı panel iclasında “Dünya üçün Çinin inkişafı və imkanları” mövzusu ətrafında müzakirələr aparılıb.
AZƏRTAC xəbər verir ki, panel iclasının moderatoru, Xarici İşlər üzrə Çin Xalq İnstitutunun prezidenti, Çin Xalq Respublikasının xarici işlər nazirinin xüsusi köməkçisi Vu Haylonq Çinin dünya iqtisadiyyatında oynadığı rol, həyata keçirdiyi nəhəng layihələr barədə məlumat verib. Şanxay Əməkdaşlıq Təşkilatının keçmiş baş katibi Rəşid Alimov bildirib ki, Çin investisiyaların cəlb edilməsi sahəsində dünya miqyasında lider ölkədir. Çinin təşəbbüsü ilə həyata keçirilən “Bir kəmər, bir yol” layihəsinə toxunan R.Alimov vurğulayıb ki, bu, investisiya baxımından ən böyük layihələrdən biridir. Laosun xarici işlər nazirinin müavini Khamphao Ernthavanh Bakıda yüksək səviyyədə təşkil edilən belə bir tədbirə görə Azərbaycan hökumətinə və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkürünü bildirib. O qeyd edib ki, Çin iqtisadiyyatının sürətli artımı dünyada sülhün və təhlükəsizliyin təmini baxımından əhəmiyyətə malikdir. Çünki Çinin həyata keçirdiyi layihələrdə demək olar ki, dünyanın hər iki ölkəsindən biri iştirak edir. Nazir müavini 2020-ci ildə Çin ilə Laos arasında dəmir yolunun açılacağını da diqqətə çatdırıb. Macarıstanın sabiq Baş naziri Peter Meddyeşi deyib ki, Çin dünyada sabitləşdirici gücə malikdir. Hazırda bu ölkədə iqtisadiyyatın müxtəlif sahələrində sürətli inkişaf müşahidə olunur ki, bu da Çinin dünya iqtisadiyyatında böyük rol oynamasına imkan yaradır. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin keçmiş müavini Devid Merkel diqqəti "Bir kəmər, bir yol" layihəsinə yönəldərək qeyd edib ki, qədim İpək yolunun bərpası sayəsində İndoneziyadan Avropaya qədər yeni bir marşrut yaradılır və dünya əhalisinin dörddəüçü bu layihədən faydalanacaq. Bu layihə iqtisadiyyatın inkişafına, Azərbaycandan da keçməklə Avropaya yük daşımalarının daha qısa məsafə ilə və az müddətdə həyata keçirilməsinə imkan verəcək. O bildirib ki, Prezident İlham Əliyev Forumun açılışında söylədiyi nitqdə Şərq-Qərb dəhlizinin və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin bu layihənin bir hissəsi olduğunu bildirib. Rumıniyanın sabiq Prezidenti Petre Roman deyib ki, Çin infrastruktur sahəsində dünyada dominant mövqeyə malikdir. Son illərdə bu ölkə innovasiyalar sahəsində də uğurlu nəticələr əldə edib. Yeni Zelandiyanın sabiq Baş naziri Cennifer Şipli Çinin yoxsulluğun aradan qaldırılması ilə bağlı əldə etdiyi müsbət nəticələrə dünyanın hələ də həsəd apardığını vurğulayıb. Pekinin nəhəng iqtisadiyyata malik olduğunu deyən sabiq Baş nazir bunun sayəsində Çinin öz təsirini getdikcə artırdığını diqqətə çatdırıb. O, digər ölkələrin Çinin bank sistemi sahəsindəki təcrübəsindən faydalana biləcəyini qeyd edib. Serbiyanın sabiq Prezidenti Boris Tadiç Çinin hazırda regiona ən çox töhfə verən ölkə olduğunu vurğulayıb. O deyib ki, böhran dövründə bu ölkə 750 milyondan çox insanı yoxsulluq vəziyyətindən çıxarıb. Miqrant probleminə toxunan Serbiyanın sabiq dövlət başçısı bu məsələnin həll olunmasına Avropa ölkələri tərəfindən lazımi dəstək göstərilmədiyini bildirib. Sloveniyanın sabiq Prezidenti Danilo Türk diqqətə çatdırıb ki, yeni texnologiyalar Çinin dünyaya verdiyi töhfələrdən biridir. O, bəzi Avropa ölkələrinin "ağıllı şəhər" yaratmaq üçün Çinin yüksək texnologiyalarından yararlanmaq niyyətində olduğunu söyləyib. Çinin Renmin Universitetinin Çunyang Maliyyə Araşdırmaları İnstitutunun icraçı dekanı Vanq Ven hazırda ölkəsinin inkişaf potensialının daha yüksək olduğunu deyib. O, Çində yoxsulluğun azaldılması, korrupsiyanın aradan qaldırılması istiqamətində görülən işlərdən danışıb.
Sonda auditoriyanın sualları cavablandırılıb.




 
Bölməyə aid digər xəbərlər
18.03.2019
Əfv sərəncamlarının verilməsi humanizm, əxlaqi və cəmiyyətdaxili harmoniyanın qorunması baxımından böyük önəm daşıyır
18.03.2019
Əfv sərəncamı respublikamızın humanizm prinsipləri əsasında inkişaf yolu seçdiyini bir daha nümayiş etdirdi
18.03.2019
Millət vəkili: Əfv sərəncamı ümumi ictimai həmrəylik baxımından da əlamətdar hadisəyə çevrildi
17.03.2019
Azərbaycanın xarici işlər naziri Latın Amerikası ölkələrinə səfərə yola düşüb
16.03.2019
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər nazirini qəbul edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info