ABŞ konqresmeni niyə erməni lobbisinin hücumuna məruz qalıb?
Tarix: 15.03.2019 | Saat: 18:27:00 | E-mail | Çapa göndər


Erməni saxtakarlığı tarixdən bəllidir. Bunu, elə ermənilər özləri törətdikləri cinayətləri danmaqla, bir daha sübut edirlər. Onların saxta məlumatlarla antierməni ruhda olan insanlara və ya təşkilatlara böhtan atmaları həqiqətə, sözə və ümumiyyətlə, insanlığı qarşı hücumdur. Son günlər bu hücumlara ABŞ Helsinki Komissiyasının sədri, Azərbaycan üzrə İşçi Qrupun üzvü, Nümayəndələr Palatasında Florida ştatını təmsil edən demokrat Əlsi Heystinqz də məruz qalıb. Ə.Heystinqzin Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı bəyanat verməsi erməni lobbisini narahat etməyə başlayıb.
Məlum olduğu kimi, bu il ABŞ Helsinki Komissiyası Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı bəyanat verməsi ilə yadda qaldı. Bəyanatda Xocalı şəhərinin məruz qaldığı misli görünməmiş qəddarlığın beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğu, insan hüquq və azadlıqlarını pozduğu qeyd olunub. Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ-inin 366-cı motoatıcı alayının köməyi ilə mühasirəyə alınmış Xocalı şəhərinə hücum edərək törətdiyi amansız hərəkətlərin dərin təsirlərinin indiyədək Azərbaycan xalqında hiss edildiyi bildirilib.
Onu da əlavə edək ki, ABŞ Helsinki Komissiyasının sədri, Azərbaycan üzrə İşçi Qrupun üzvü, Nümayəndələr Palatasında Florida ştatını təmsil edən demokrat Əlsi Heystinqz Xocalı faciəsinin ildönümü ilə bağlı Konqresdə də ayrıca bəyanatla çıxış edib. Konqresin üzvü öz bəyanatında 1992-ci ilin fevralın 26-da Xocalıda törədilmiş dəhşətli hadisələri anaraq, 613 nəfərin amansızcasına qətlə yetirildiyini vurğulayıb. O, həmçinin 1994-cü ildə atəşkəs rejiminin əldə olunmasına baxmayaraq, Dağlıq Qarabağ daxil olmaqla Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olduğunu və 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətində qaldığını vurğulayıb. Ə.Heystinqz Azərbaycanda qaçqın və məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaq üçün milyardlarla vəsait sərf edildiyini, regionun iqtisadi inkişafı naminə önəmli addımlar atıldığını qeyd edib.
Bəyanatda, həmçinin Azərbaycan hökumətinin yalnız regionun sabitliyinə töhfə verdiyi deyil, bütün dünyada terrorçuluğa qarşı mübarizədə ABŞ-ın etibarlı müttəfiqi olduğu bildirilib. Sonda Ə.Heystinqz Konqresdəki Azərbaycan üzrə İşçi Qrupun üzvü kimi bu dəhşətli faciənin ildönümünün qeyd edilməsinin vacibliyini bildirib və Azərbaycan xalqına başsağlığını izhar edib.
Qeyd etdiyimiz kimi, hər zaman yalana, iftiraya əl atan erməni lobbisi bu dəfə də bekar dayanmayıb. Onlar Ə.Heystinqzə qarşı qara PR kampaniyasına başlayıblar. Belə ki, ermənilərə məxsus saytlarda Ə.Heystinqzin Xocalı faciəsinin ermənilər tərəfindən törədilməsi ilə bağlı fikirləri ört-basdır edilir. Ermənilər, həmçinin Konqresin bu üzvünün şəxsi həyatı və ictimai fəaliyyəti haqqında reallığa uyğun olmayan sözlər yazaraq, ona böhtan atmağa çalışırlar. Yazılarda Ə.Heystinqz antierməni təbliğatı aparmasına görə qınanılır.
Ermənilər belə antierməni konqresmenlərə qarşı apardıqları qara kampaniyalarını “fərəhlə” qeyd edirlər. Xatırladaq ki, bundan əvvəl də azərbaycanpərəst və türkpərəst konqresmenlərə qarşı da ermənilər kampaniyalar aparıblar. Erməni lobbisi həmin konqresmenlər haqqında, əsasən, böhtan xarakterli yazılar yazır, eyni zamanda onların emaillərinə kütləvi şəkildə saxta məlumatlar yollayırdılar. Bu işin də başında ASALA terror təşkilatının ideoloji və maliyyə təminatçısı olan rasist ANCA lobbi təşkilatı dayanır.
Diqqətçəkən məqam odur ki, erməni lobbisi sosial şəbəkələrdə də Ə.Heystinqzə qarşı böhtan kampaniyasını davam etdirirlər. Məsələn, “armenianweekly.com” saytının “Facebook” səhifəsində Ə.Heystinqzlə bağlı yerləşdirilən yazıya ermənilər iftira dolu fikirlər yazır, Xocalı faciəsini ermənilərin törətməsini inkar edirlər. Onlar yenə də öz “mədəniyyətləri”ni göstərərək, Ə.Heystinqzi, hətta kəskin şəkildə təhqir etməkdən belə, çəkinmirlər.
Sevindirici haldır ki, azərbaycanlı sosial şəbəkə fəalları tərəfindən bu səhifədə ermənilərin cavabları lazımı şəkildə verilir. Ermənilərin yalan sözlərinə və təhqirlərinə qarşı azərbaycanlılar faktlarla çıxış edərək onları susdururlar. Maraqlıdır ki, bir neçə rus sosial şəbəkə fəalı da bu yazılarda Azərbaycanın mövqeyini müdafiə edir, Ə.Heystinqzin dediklərinin həqiqət olduğunu yazırlar. Ruslar, hətta Xocalı şahidlərinin fikirlərini sitat olaraq qeyd edib, ermənilərə Xocalı faciəsinə onların səbəbkar olduqlarını bildirirlər.
Erməni lobbisi ənənələrinə sadiq qalaraq, bu yolla öz yalanlarını gizlətmək və Amerika, ümumiyyətlə, dünya ictimaiyyətini aldatmaq və manipulyasiya etmək kimi çirkin məqsədlər güdür. Onların bu kimi saxta və təxribatçı hücumlarına qarşı isə kimsə laqeyd qalmamalıdır.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
24.03.2019
Amerikalı jurnalistlərə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər çatdırılıb
24.03.2019
Azərbaycanın müdafiə naziri ABŞ-a işgüzar səfərə gedəcək
24.03.2019
Azərbaycan və Paraqvay viza rejimi ilə bağlı saziş imzalayıblar
23.03.2019
Azərbaycanla münasibətləri gələcəkdə daha da dərinləşdirmək niyyətindəyik
23.03.2019
Azərbaycan hərbçiləri Pakistanda hərbi paradda iştirak ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info