Britaniyalı məşhur müğənni Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar Bakıya gələcək
Tarix: 15.03.2019 | Saat: 18:34:00 | E-mail | Çapa göndər


Britaniyalı məşhur müğənni, çoxlu sayda mükafata layiq görülmüş Sem Smit Formula 1 Azərbaycan Qran-Prisinin keçiriləcəyi yarış həftəsonunun şənbə günündə – aprelin 27-də axşam “Baku Crystal Hall”da konsert verəcək. 2012-ci ildə “Disclosure” qrupu ilə birgə ifa etdiyi “Latch” mahnısı ilə məşhurlaşan Sem Smitin daha sonra səhnə adı “Naughty Boy” olan britaniyalı musiqiçi ilə birgə çıxardığı “La La La” mahnısı ilk pillədə yer alıb. 2014-cü ilin əvvəlində “BRITS Critics’ Choice” mükafatına layiq görülüb. Elə həmin il “BBC” tərəfindən yeni və istedadlı musiqiçilərin aşkarlanması məqsədilə keçirilən sorğuda birinci yeri tutub. Karyerasına başladığı vaxtdan “Writing’s On The Wall” daxil olmaqla çıxardığı mahnılarla Birləşmiş Krallığın rəsmi hit-paradında 7 dəfə birinci olub. “Writing’s On The Wall” mahnısı hit-paradda birinci yer tutan ilk “James Bond” musiqisi kimi Ginnes Rekordlar Kitabına daxil olub. Sem Smit ümumilikdə 4 “Qremmi”, 2 “BRIT” və “Ən yaxşı orijinal film musiqisi” nominasiyasında “Oskar” və “Qızıl qlobus” mükafatlarına layiq görülüb. “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov Sem Smitin Bakıya gəlişi ilə bağlı bildirib: “Formula 1 Azərbaycan Qran-Prisinin keçiriləcəyi yarış həftəsonunun şənbə günündə axşam saatlarında canlı konsert proqramı ilə çıxış edəcək Sem Smiti Bakıda qarşılayacağımız üçün çox şadıq. Özünəməxsus səsə malik bu musiqiçi yaradıcılığının ilk günlərindən etibarən dünyanın hər tərəfində özünə böyük dinləyici ordusu cəlb edib. Əminəm ki, Azərbaycanda da sadiq dinləyiciləri olan Sem Smitin sıralanma turundan sonra baş tutacaq konserti yarış həftəsonumuzun unudulmaz anlarından birinə çevriləcək. Buna görə də bütün avtoidman azarkeşlərini və musiqisevərləri biletləri indidən əldə etməyə və aprelin 26-28-də pilotların gərgin mübarizəsi fonunda baş tutacaq əyləncəli yarış həftəsonuna qoşulmağa çağırıram”. Qeyd edək ki, bilet sahibləri konsertlərdə pulsuz iştirak edə biləcəklər. Bakı şəhər halqasından “Crystal Hall”a tamaşaçıların gediş-gəlişi avtobuslar vasitəsilə həyata keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
24.03.2019
Fransada teatr tamaşasında xalq mahnılarımız ifa olunub
24.03.2019
Strasburqda “Azərbaycan Ədəbiyyatı Antologiyası” kitabının təqdimatı olub
23.03.2019
Boluda Koroğlu abidəsinin ucaldılması mənim üçün tarixi şansdır
22.03.2019
Novruz bayramı San-Dieqo şəhərində də qeyd edilib
21.03.2019
Ankaradakı “Buta Bakı” Evində Novruz şənliyi keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info