Prezident ISESCO-nun baş direktorunu qəbul edib
Tarix: 15.03.2019 | Saat: 18:51:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrini qəbul edib. AZƏRTAC xəbər verir ki, ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri Azərbaycana gəlməsindən və VII Qlobal Bakı Forumunda iştirak etməsindən məmnunluq hissi keçirdiyini bildirdi. O, bu tədbirin beynəlxalq əməkdaşlığa dəyərli töhfə verdiyini dedi. Əbdüləziz Osman əl-Tuveycri qeyd etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi və müdrik siyasəti ilə Azərbaycan uğurla inkişaf edir, çiçəklənir və ölkəmizin təkcə regionda deyil, bütün dünyada mövqeləri gündən-günə möhkəmlənir. Prezident İlham Əliyev xoş sözlərə görə minnətdarlığını ifadə edərək, Əbdüləziz Osman əl-Tuveycriyə VII Qlobal Bakı Forumunda iştirakına görə təşəkkürünü bildirdi. Dövlətimizin başçısı VII Qlobal Bakı Forumunun qlobal məsələlərin səmərəli müzakirəsi üçün mühüm tədbirə çevrildiyini dedi. ISESCO ilə əməkdaşlığa toxunan Prezident İlham Əliyev bildirdi ki, bu təşkilatın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsi dövlətimiz və xalqımız tərəfindən yüksək dəyərləndirilir.
Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.




 
Bölməyə aid digər xəbərlər
18.03.2019
KİVDF-nin 10 illik yubileyi qeyd edilib (Yenilənib)
18.03.2019
Prezident Novruz bayramı münasibətilə xalqı təbrik edib
18.03.2019
Mərkəzi Bank yenilənmiş 10 manatlıq pul nişanı dövriyyəyə buraxır
18.03.2019
“Təmiz ölkəm” ekoloji layihəsinə start verildi
18.03.2019
Əlillərin avtomobillə təminatı üçün vəsait ayrıldı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info