“UNEC-də təhsilin elmə inteqrasiyası istiqamətində mütərəqqi islahatlar aparılır”
Tarix: 15.03.2019 | Saat: 20:00:00 | E-mail | Çapa göndər


UNEC-in “Professorlar Klubu”nun növbəti görüşü keçirilib. Görüşün fəxri qonağı AMEA-nın həqiqi üzvü, YUNESCO-nun Beynəlxalq Mərkəzi Asiya Araşdırmaları İnstitutunun müxbir üzvü, akademik Şahin Mustafayev olub.
“Professorlar Klubu”nun rəyasət heyətinin sədri, “Maliyyə və maliyyə institutları” kafedrasının müdiri, əməkdar müəllim, professor Əvəz Ələkbərov klubda mütəmadi olaraq ölkənin tanınmış alim və ictimai xadimləri ilə qeyri-rəsmi şəraitdə görüşlərin keçirildiyini, cəmiyyətin aktual mövzuları barədə fikir mübadiləsi aparıldığını diqqətə çatdırıb. Ə.Ələkbərov UNEC-də son illərdə həyata keçirilən yeniliklərdən də danışıb. UNEC-in tədqiqatyönümlü ali təhsil müəssisəsinə çevrilmək istiqamətində qarşısına qoyduğunu hədəflərdən söz açan professor, universitetdə Nobel mükafatçılarının iştirakı ilə nüfuzlu beynəlxalq konfranslar keçirildiyini, pedaqoji heyətin elmi fəaliyyətinin stimullaşdırılması məqsədilə Differensial Əməkhaqqı Sisteminin tətbiq edildiyini vurğulayıb. Professor son 4 ildə UNEC-in pedaqoji heyətinin nüfuzlu beynəlxalq elmi bazalara daxil olan jurnallarda dərc olunan məqalələrinin sayının ötən illərə nisbətən 4 dəfədən çox artdığını, beynəlxalq əlaqələrinin daha da genişləndirildiyini bildirib. UNEC-də təhsilin elmə inteqrasiyası istiqamətində mütərəqqi islahatların aparıldığını deyən akademik Şahin Mustafayev universitetin mütəmadi olaraq beynəlxalq reytinqlərdə mövqeyini yüksəltməsini qürurla izlədiyini bildirib. Akademik UNEC-də yüksək elmi mühitin yaradıldığına diqqət çəkərək, bu ali təhsil müəssisəsinin aparıcı islahatların önündə olacağına əminliyini ifadə edib. “Professorlar klubu”nun yaradılmasını yüksək qiymətləndirən fəxri qonaq bu istiqamətdə dünya təcrübəsini bölüşüb. Sonra alim şərqşünaslıq və tarix elminin strateji istiqamətləri, tarix elminin cəmiyyətin formalaşmasındakı rolu və apardığı tədqiqatlardan bəhs edib. Novruz süfrəsi ətrafında təşkil olunan səmimi görüş müzakirələrlə davam edib.




 
Bölməyə aid digər xəbərlər
19.05.2019
V Respublika fənn müsabiqələrinin ilk mərhələsi keçirilib
19.05.2019
II və III ixtisas qruplarının abituriyentləri üçün keçirilən qəbul imtahanı başa çatıb
19.05.2019
Şəkidə ali məktəblərə qəbul imtahanları dörd mərkəzdə aparılıb
19.05.2019
Şimal bölgəsinin 1500-ə yaxın məzunu biliyini Xaçmaz şəhərində yaradılan imtahan mərkəzlərində sınayıb
19.05.2019
Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10782

1 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
4 Dünya rəssamları arasında yer alan azərbaycanlı
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info