Türkiyə mediası: “Azərbaycanın mühüm beynəlxalq foruma ev sahibliyi edir”
Tarix: 15.03.2019 | Saat: 20:02:00 | E-mail | Çapa göndər


“Haberler.com”: “Azərbaycan müstəqil xarici siyasəti həyata keçirir”

Bakıda təşkil olunan VII Qlobal Forum Türkiyə mediasında geniş işıqlandırılıb. Bir çox KİV-lərdə forumla bağlı ətraflı məlumatlar yerləşdirilib, xüsusilə də Prezident İlham Əliyevin çıxışına geniş yer ayrılıb.
“Haberler.com” saytında “Azərbaycan müstəqil xarici siyasəti həyata keçirir” başlıqlı yazı dərc edilib. Yazıda qeyd edilir ki, Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən 7-ci Ümumdünya Bakı Forumunda çıxış edib. Müxtəlif mövzulara toxunan ölkə başçısı Dağlıq Qarabağ münaqişəsi barədə danışaraq bildirib ki, Ermənistan ordusu Azərbaycan ərazisinin 20 faizini işğal edib və bir milyondan çox insan doğma torpaqlarını tərk etmək məcburiyyətində qalıblar. İlham Əliyev bildirib ki, Ermənistan Azərbaycan xalqına qarşı etnik təmizləmə aparıb və işğal olunmuş ərazilərdə tarixi abidələr erməni ordusu tərəfindən məhv edilib. "Azərbaycan torpaqlarının işğalı beynəlxalq hüquq normalarının pozulmasıdır. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələri Ermənistanın işğalının dərhal bitməsini tələb edir. Ermənistan öz ordularını işğal olunmuş ərazilərdən geri çəkməlidir”. Ölkə başçısı həmçinin ölkəsinin xarici siyasətindən danışıb: “Azərbaycanın xarici siyasəti sabitdir, müstəqil xarici siyasət aparırıq, milli maraqlarımız əsas götürülür, xarici siyasətimizin prioriteti bütün ölkələrlə əməkdaşlıq etməkdir. Biz ənənəvi tərəfdaşlarımızla əlaqələrimizi daha da inkişaf etdirdik və yeni dostlar qazandıq. Qonşularımızla səmərəli əməkdaşlıq mühiti yaratdıq. Biz nəqliyyat, enerji təhlükəsizliyi, ticarət və investisiya sahələrində körpülər qurduq”.
Dövlət başçısı xatırladıb ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı və Avropa Şurasının üzvü olan nadir ölkələrdən biridir. Türkiyə və Gürcüstanla reallaşdırdıqları enerji və nəqliyyat layihələrinə də toxunan İlham Əliyev, bu layihələrin də beynəlxalq əlaqələrin inkişafına böyük təsir göstərdiyini deyib.
“Sondakika.com” saytında isə “7. Qlobal Bakı Forumu” başlıqlı yazı dərc edilib. Azərbaycanın mühüm beynəlxalq foruma ev sahibliyi etdiyini yazan xəbərdə qeyd edilir ki, 50 ölkənin dövlət məmurlarını bir araya gətirən 7-ci Qlobal Bakı Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin və Azərbaycan diasporunun Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunub. Azərbaycan Prezidenti İlham Əliyev, Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaniyə, Albaniya Prezidenti İlir Meta, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviç, Moldova Prezidenti İqor Dodon, Monteneqro Prezidenti Milo Cukanoviç, Bolqarıstanın Baş naziri Boyko Borisov Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin beynəlxalq təşkilatlarının rəhbərləri, görkəmli ictimai və siyasi xadimlər, alimlər iştirak ediblər. Foruma Türkiyədən sabiq parlament sədri Cəmil Çiçək, sabiq xarici işlər naziri Hikmət Çətin və Ekmələddin İhsanoğlu qatılıb.
Forumda çıxış edən Prezident İlham Əliyev Azərbaycanın enerji təhlükəsizliyində böyük rol oynadığını və mühüm investisiyalar qoyduğunu vurğulayıb: “ Aparıcı enerji şirkətləri ilə bizim birgə layihələrimiz həm xalqımıza, ölkəmizə fayda verir, həm də Azərbaycanda, qonşu ölkələrdə on minlərlə iş yeri yaradır və onlar beynəlxalq tərəfdaşlığa gətirib çıxarır. Azərbaycan neft kəməri ilə Qara dənizi və Xəzər dənizini, dünyada ilk dəfə olaraq neft kəməri ilə Aralıq dənizi ilə Xəzər dənizini birləşdirdi. Hazırda, biz Cənub Qaz Dəhlizi adlanan böyük layihə üzərində işləyirik. O, Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliyanı birləşmiş kəmər sistemi vasitəsilə əlaqələndirir. Kəmərin uzunluğu 3500 kilometrdir və yekun mərhələdədir. Ötən ilin mayında biz Cənub Qaz Dəhlizinin rəsmi açılışını etdik. Ötən ilin iyununda isə onun mühüm hissələrindən biri olan TANAP-ın-Trans-Anadolu Boru Kəmərinin açılışı oldu. Azərbaycan qazı artıq bu kəmər vasitəsilə nəql olunur və ümidvaram ki, gələn il layihə tam yekunlaşacaq. Bu, regionda ən böyük infrastruktur layihələrindən biridir. Qaz istehsalı və nəqlinə yatırılmış investisiyaların ümumi həcmi 40 milyard dollara yaxındır. Beynəlxalq maliyyə institutları bizə güclü dəstək verir və əlbəttə ki, korporativ vəsaitdən də istifadə olunur. Bütün bu layihələr həyata keçiriləndən sonra iqtisadi stimul, iqtisadi fayda olacaq, bu ölkələrdə on minlərlə iş yeri açılacaq və bu, ölkələri yaxınlaşdıracaq”.
Qeyd edək ki, Forumla bağlı TRT AVAZ, CNN TÜRK televiziya kanalları, “Yeni Şəfəq”, “Yeni Akıt” və digər KİV-lər də forumu geniş işıqlandırıblar.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
18.03.2019
Əfv sərəncamlarının verilməsi humanizm, əxlaqi və cəmiyyətdaxili harmoniyanın qorunması baxımından böyük önəm daşıyır
18.03.2019
Əfv sərəncamı respublikamızın humanizm prinsipləri əsasında inkişaf yolu seçdiyini bir daha nümayiş etdirdi
18.03.2019
Millət vəkili: Əfv sərəncamı ümumi ictimai həmrəylik baxımından da əlamətdar hadisəyə çevrildi
17.03.2019
Azərbaycanın xarici işlər naziri Latın Amerikası ölkələrinə səfərə yola düşüb
16.03.2019
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər nazirini qəbul edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info