Savelyev: “Ermənistan rəhbərliyi Dağlıq Qarabağla bağlı danışıqlar prosesini dalana dirəməyə cəhd göstərir”
Tarix: 15.03.2019 | Saat: 20:04:00 | E-mail | Çapa göndər


“Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş rayonlarının mərhələli şəkildə qaytarılmasını, daha sonra qaçqınların Qarabağa qayıtmasımı və Dağlıq Qarabağın taleyinin müəyyən olunması ilə bağlı referendumun keçirilməsini nəzərdə tutan Madrid prinsipləri, “Kazan formulu”, 5+2 prinsipi mövcuddur”
“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli xarici siyasətimizin başlıca prioriteti olaraq qalıb və münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə biləcəyi bir daha dünya ictimaiyyətinin və beynəlxalq təşkilatların diqqətinə çatdırılıb”

“2018-ci il Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi həyatında böyük nailiyyətlərlə, əlamətdar tarixi hadisələrlə zəngin olub. Ötən il Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi təntənə ilə qeyd edilib. Aprel ayında keçirilən növbəti prezident seçkilərində müdrik xalqımız ən düzgün seçimini edərək İlham Əliyevi yenidən dövlət başçısı seçib. Bu seçimi ilə Azərbaycan vətəndaşları milli maraqlara uyğun aparılan siyasət nəticəsində ölkədə bərqərar olmuş ictimai-siyasi sabitliyi, dayanıqlı və dinamik inkişafı, xalq-iqtidar birliyini dəstəklədiyini növbəti dəfə nümayiş etdirib. Prezident seçkilərindən sonra dövlətimizin başçısı hökumətin yeni tərkibini müəyyənləşdirib, qarşıda duran strateji vəzifələri və hədəfləri bəyan edib”. Bu fikri Baş nazir Novruz Məmmədov Milli Məclisdə Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyətinə dair illik hesabatını təqdim edərkən bildirib. Baş nazir vurğulayıb ki, Prezidentin rəhbərliyi ilə aparılan və yeni dövrün çağırışlarına cavab verən praqmatik xarici siyasət, beynəlxalq münasibətlər sistemindəki mövcud gərginliklərə baxmayaraq, dövlətimizin nüfuzunun daha da yüksəlməsinə və Azərbaycanı dəstəkləyən ölkələrin sayının artmasına zəmin yaradıb: “Hesabat dövründə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli xarici siyasətimizin başlıca prioriteti olaraq qalıb və münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə biləcəyi bir daha dünya ictimaiyyətinin və beynəlxalq təşkilatların diqqətinə çatdırılıb. İkitərəfli və çoxtərəfli formatlarda qəbul edilən sənədlərdə dövlətimizin suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstək ifadə edilib. Bu baxımdan Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış “Tərəfdaşlıq prioritetləri” adlı sənəd düşünülmüş sistemli fəaliyyətin əsas tərkib hissələrindən biri kimi çox əhəmiyyətlidir”.

Dövlət Dumasının deputatı: “Rusiya Minsk qrupunun həmsədri qismində Qarabağ münaqişəsinin nizamlanması istiqamətində daha fəal işləməlidir”
Qeyd edək ki, VII Qlobal Bakı Forumunda iştirak edən Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev jurnalistlərə deyib ki, Dağlıq Qarabağ münaqişəsi zamanında qəbul olunmuş qərarlar əsasında həll olunmalıdır. Deputat xatırladıb ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş rayonlarının mərhələli şəkildə qaytarılmasını, daha sonra qaçqınların Qarabağa qayıtmasımı və Dağlıq Qarabağın taleyinin müəyyən olunması ilə bağlı referendumun keçirilməsini nəzərdə tutan Madrid prinsipləri, “Kazan formulu”, 5+2 prinsipi mövcuddur. Onun sözlərinə görə, Ermənistan rəhbərliyi danışıqları uzatmağa, bu prosesə üçüncü tərəfi, qondarma rejimin nümayəndələrini cəlb etməyə və bununla da danışıqlar prosesini dalana dirəməyə cəhd göstərir: “Hesab edirəm ki, Rusiya öz növbəsində ATƏT Minsk qrupunun həmsədri qismində Qarabağ münaqişəsinin nizamlanması istiqamətində daha fəal işləməlidir”.

“Kommersant”: “Gürcüstan prezidenti İrəvanda Dağlıq Qarabağla bağlı mövqeyini təsdiq edib”
Onu da qeyd edək ki, Gürcüstan prezidentinin Bakı səfərindən sonra Ermənistana səfər etməsi və orada verdiyi açıqlamalar geniş müzakirə mövzusuna çevrilib. Rusiyanın “Kommersant” bu səfərlə bağlı yazır Salome Zurabişvilinin erməni həmkarı Armen Sarkisyanla danışıqlarının əsas mövzusunu Dağlıq Qarabağ münaqişəsinin həlli yolları təşkil edib. “Kommersant” yazır ki, İrəvanda aydınlaşdırmağa çalışıblar ki, Gürcüstan dövlətinin başçısı Bakıda “Gürcüstan və Azərbaycan ərazilərinin işğalı” haqqında verdiyi bəyanatda nəyi demək istəyib. Amma ermənilər gözləmədikləri halla rastlaşıblar. Belə ki, Gürcüstan prezidenti nəinki Dağlıq Qarabağla bağlı mövqeyini təsdiq edib, həm də Ermənistan rəhbərliyinin ünvanına ittihamlarla çıxış edib: “Salome Zurabişvilinin sərt mövqeyi Gürcüstanın bütün postsovet dövrü ərzində Ermənistan-Azərbaycan münaqişəsinin tərəflərinə münasibətdə sərgilədiyi “bərabər uzaqlıqda” siyasətinə son qoya bilər. İrəvanda Gürcüstan prezidenti Salome Zurabişvilini qəbul edən Ermənistan rəhbərliyini gürcü həmkarının Bakıda səsləndirdiyi bəyanatı xüsusilə maraqlandırırdı. Fevralın 27-də Azərbaycana rəsmi səfəri çərçivəsində xanım Zurabişvili Azərbaycan və Gürcüstan ərazilərinin işğalı mövzusuna toxunmuşdu. Onun Gürcüstanın keçmiş muxtar vilayətləri olan Abxaziya ilə Cənubi Osetiyanın Rusiya tərəfindən işğalı barədə söylədikləri heç kimi təəccübləndirmədi. Belə ki, Gürcüstan rəhbərləri Moskvanın ünvanına tez-tez bu cür ittihamlarla çıxışlar edirlər. Lakin bu dəfə Gürcüstan prezidenti ilk dəfə açıq şəkildə Ermənistanı Azərbaycana məxsus Dağlıq Qarabağın və ona bitişik bir sıra ərazilərin işğalında ittiham etdi. “Biz, demək olar ki, eyni vaxtda ölkələrimizin müstəqilliyini bərpa etdik və eyni faciələri yaşadıq” – Salome Zurabişvili Azərbaycan Prezidenti İlham Əliyevə müraciətində demişdi. Bu zaman Gürcüstan dövlətinin başçısı dəqiqləşdirmişdi ki, “oxşar faciələr” dedikdə məhz ərazilərin işğalını nəzərdə tutur. Prezident sözlərinə belə davam etmişdi: “İşğal olunmuş ərazilər bizim üçün də sağalmaz yaradır”. O, məmnunluqla bildirmişdi ki, Gürcüstan və Azərbaycan işğala baxmayaraq, öz dövlətçiliklərini gücləndirə və iqtisadiyyatlarını inkişaf etdirə biliblər”. “Kommersant”ın məlumatına görə, İrəvandakı görüşlərdə, o cümlədən Ermənistan prezidenti Armen Sarkisyanla və Baş nazir Nikol Paşinyanla görüşdə Salome Zurabişvilinin Bakı bəyanatları ilə bağlı məsələ müxtəlif kəskinliklə qaldırılıb. Lakin Gürcüstan prezidenti bəyanatını ört-basdır etməyə çalışmayıb. Əksinə, o, erməni tərəfinin ünvanına bir sıra iradlar da səsləndirib. Xüsusilə də, Zurabişvili Ermənistan Milli Assambleyasının sədri Ararat Mirzoyanla görüşü zamanı xəbərdarlıq edib ki, onun ölkəsi üçün Gürcüstanın ərazi bütövlüyünün Ermənistan tərəfindən sözdə deyil, əməldə tanınması çox vacibdir. Dövlət başçısı İrəvanda aydınlaşdırıb ki, Dağlıq Qarabağın nümayəndə heyətlərinin Abxaziya və Cənubi Osetiyaya səfərlərini nəzərdə tutur. Gürcüstan Prezidenti narazılığını gizlətməyib: “Səfərlərin təşkilatçıları bununla nümayiş etdirirlər ki, bu münaqişələr simmetrikdir. Bu, çox təəssüf doğuran və ağrılıdır. Biz hesab edirik ki, burada ölkəmizə münasibətdə olmalı olduğu qədər xoş niyyət yoxdur”. Gürcüstanda müxalif “Evropeyskaya Qruziya” partiyasının liderlərindən biri, XİN rəhbərinin keçmiş müavini Serqi Kapanadze “Kommersant”a bildirib ki, Tbilisidə Gürcüstanın Ermənistan-Azərbaycan münaqişəsində tərəflərə qarşı neytral siyasətin aparıldığı bütün postsovet məkanında Zurabişvilinin sonuncu bəyanatlarının görünməmiş hadisə olduğunu düşünürlər. Onun sözlərinə görə, Zurabişvili masa arxasında belə həssas məsələdə fikirlərini açıq şəkildə dediyinə görə Ermənistana qarşı diqqətli olmalıdır. Eks-müavin Zurabişvilinin bəyanatının onu təəccübləndirmədiyini söyləyib: “Bu, hələ başlanğıcdır, digər bənzər bəyanatlar da olacaq”.
A.Miriyev




 
Bölməyə aid digər xəbərlər
12.09.2019
Ukrayna XİN: “Dağlıq Qarabağda keçirilən qondarma “seçkilər” beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozur”
10.09.2019
Almaniya Minsk qrupunun üzvü kimi münaqişənin həlli prosesinə qoşulur
09.09.2019
Tural Gəncəliyev: “İşğal edilmiş Dağlıq Qarabağda keçirilən növbəti “seçki şousu” demokratiya və seçki adına böyük təhqirdir”
05.09.2019
Laçın rayonunun Mirik kəndi ərazisindəki qədim yaşayış məskənləri ermənilər tərəfindən dağıdılır
03.09.2019
Ermənistan Dağlıq Qarabağ bölgəsinin erməni icmasını aldadaraq öz məkrli siyasəti üçün istifadə edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info