Fransız heykəltəraş Mauro Kordanın sərgisi
Tarix: 16.03.2019 | Saat: 04:32:00 | E-mail | Çapa göndər


Martın 15-də Heydər Əliyev Mərkəzində fransız heykəltəraş Mauro Kordanın “Zoospektiv və morfospektiv” adlı sərgisi açılıb.
Açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov ölkəmizlə Fransa arasında əlaqələri gündən-günə inkişaf etdiyini bildirib. Qeyd edib ki, digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzi tərəfindən bir çox layihələr həyata keçirir. Vurğulayıb ki, Heydər Əliyev Mərkəzində artıq Fransanın Bernar Buffe və Lorens Cenkellin kimi tanınmış heykəltəraş və rəssamlarının incəsənət əsərləri təqdim olunub.
Sərginin kuratoru Mark Haşim belə bir möhtəşəm məkanda– Heydər Əliyev Mərkəzində Mauro Kordanın əsərlərinin təqdim etmək üçün yaratdığı xoş fürsətə görə təşkilatçılara təşəkkürünü bildirib.
“İnanıram ki, bu incəsənət əsərləri ilə tanışlıq sizin böyük marağınıza səbəb olacaq, onları bir növ özünüz üçün kəşf edəcəksiniz”, - deyə sərginin kuratoru qeyd edib.
Sərginin təşkilatçılarına və iştirakçılarına təşəkkür edən Mauro Kordo nümayiş olunan əsərləri haqqında məlumat verib. Bildirib ki, təqdim olunan incəsənət əsərləri bütün hissləri hərəkətə gətirən sənət nümunələridir. Bu əsərlər davamlı, ideyalara əsaslanan fransız heykəltəraşlığının nümunələridir.
Sonra mərasim iştirakçıları sərgi ilə tanış olublar.
Qeyd edək ki, M.Kordanın yaradıcılığında portret janrı mühüm yer tutur. O, yaratdığı əsərlərlə insanın daxili aləmini ən müxtəlif mühit və vəziyyətlərdə açır və buna nail olmaq üçün bürünc, keramika, dəmir, mərmər və digər müxtəlif materiallardan istifadə edir.
Mauro Korda yaradıcılığında heyvanlar aləminə də xüsusi yer verir. Bu əsərlər bir sıra heyvan növlərinin sürətlə tükənməsi kimi qlobal məsələlərə diqqət yönəltmək məqsədi daşıyır. Heykəltəraş vəhşi təbiət və ya zooparklardakı adi heyvan növlərinin tezliklə onun təqdim etdiyi fantastik məxluqlar kimi görünə biləcəyi mesajını verir.
Heydər Əliyev Mərkəzindəki sərgi sentyabrın 15-dək davam edəcək.




 
Bölməyə aid digər xəbərlər
24.03.2019
Fransada teatr tamaşasında xalq mahnılarımız ifa olunub
24.03.2019
Strasburqda “Azərbaycan Ədəbiyyatı Antologiyası” kitabının təqdimatı olub
23.03.2019
Boluda Koroğlu abidəsinin ucaldılması mənim üçün tarixi şansdır
22.03.2019
Novruz bayramı San-Dieqo şəhərində də qeyd edilib
21.03.2019
Ankaradakı “Buta Bakı” Evində Novruz şənliyi keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info