Azərbaycan Turizm İnstitutu ABŞ-la əlaqələr yaradır
Tarix: 25.07.2013 | Saat: 17:13:00 | E-mail | Çapa göndər


ABŞ-ın ölkəmizdəki səfirliyinin birinci katibi Rocer Riqaud Azərbaycan Turizm İnstitutunun qonağı olub. Bir il əvvəl ölkəmizdə öz missiyasının icrasına başladığını nəzərə çatdıran Rocer Riqaud gənc ali təhsil müəssisəsi kimi Azərbaycan Turizm İnstitutunun fəaliyyəti ilə maraqlandığını bildirdi. Turizmin inkişafı fonunda ATİ-nin ali təhsil müəssisəsi kimi kadr hazırlığı istiqamətində gördüyü işlərdən xəbərdar olmaq istəyini açıqladı. Qonağın suallarını cavablandıran ATİ-nin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov öncə 2006-cı ildən fəaliyyətə başlayan ATİ-nin inkişaf strategiyası və beynəlxalq əlaqələri haqqında məlumat verdi. Rektor C.Cəfərov söhbət əsnasında xüsusi vurğuladı ki, 1 fakültə və 3 ixtisasla ilk tədris ilinə başlayan ATİ-də hazırda bakalavr səviyyəsi üzrə 11, magistratura, həmçinin doktorantura səviyyəsi üzrə müxtəlif ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilir. 2013/2014-cü tədris ilindən etibarən tədris prosesinin 3 fakültədə təşkil ediləcəyini diqqətə çatdırdı. Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universiteti ilə bakalavr və magistratura səviyyəsində iki diplom proqramı haqqında ətraflı danışan rektor hazırda məzunlarımızın müxtəlif turizm müssisələrində uğurla çalışdığını, bir qisminin isə ölkəmizdə və xaricdə təhsillərini davam etdirdiklərini qeyd etdi.
Görüş zamanı qonağa ATİ əməkdaşlarının AHLEI (Amerika Otel Təhsili üzrə İnstitut) təlim kurslarında iştirakı barədə də məlumat verildi. Rocer Riqaud da öz növbəsində ABŞ-ın turizm müəssisələri, ali təhsil müəssisələri arasında əməkdaşlıq istiqamətlərində təkliflərin araşdırılacağını diqqətə çatdırdı.
Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“Türk ocağı” Azərbaycanda bərpa olundu
21.09.2019
Bakı dünyanın 60 ən təhlükəsiz şəhəri sırasındadır
21.09.2019
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq
20.09.2019
“Selcanın bütün dedikləri doğrudur“-Fuad Qəhrəmanlının ikinci qızı
20.09.2019
İçi dərmanla dolu 4 anbar aşkarlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info