“Bu Novruz sənə nə gətirsin?”
Tarix: 18.03.2019 | Saat: 11:54:00 | E-mail | Çapa göndər


Dünyanın ən çox tanınan brendlərindən olan və ən iri sərinləşdirici içki istehsalçısı “Coca-Cola” Novruz bayramı ərəfəsində “Bu Novruz sənə nə gətirsin?” adlı marketinq kampaniyasına start verib. Bu kampaniyaya Novruz bayramına həsr edilmiş, yaradıcı üslubu ilə seçilən reklam çarxının televiziyada yayımı və insanlarla birlikdə bayram sevincini paylaşmaq üçün Azərbaycan regionlarına səfər edən Novruz karvanı daxildir.
Coca-Cola ölkənin qədim və ən sevilən bayramı olan Novruza xüsusi rəng qatmaq, insanlarla birlikdə bayramı daha maraqlı qeyd etmək üçün ölkədə ilk dəfə olaraq bu cür möhtəşəm kampaniyaya start verib. Belə ki, sevilən müğənni Miri Yusif və futbol üzrə Azərbaycan Millisinin tanınmış qapıçısı Kamran Ağayevin iştirakı ilə çəkilən “Bu Novruz sənə nə gətirsin?” adlı yeni reklam çarxı da televiziya seyircilərinə təqdim edilib. Novruz bayramının adət-ənənələrini əks etdirən elementlərlə zəngin reklam çarxı insanların böyük marağına səbəb olub. Milli mətbəxin nəfis nümunələri, Bahar qızı, Novruz şirniyyatları, səməni, tonqal üzərindən tullanma, papaq atmaq, qulaq falı, yumurta döyüşü kimi Novruz adətlərini əks etdirən çarx əsl bayram coşqusu yaradır. Bundan başqa, xüsusi bəzədilmiş Coca-Cola yük maşınlarından ibarət Novruz Karvanı mart ayının 5-dən başlayaraq hər bayram çərşənbəsində bir bölgəyə səfər edərək insanlara əyləncə dolu şənlik proqramı təqdim etməkdədir. Bərəkət, şans, uğur, sürpriz və birlik mövzulu “Coca-Cola”nın Novruz karvanı artıq Şəki və Gəncə şəhərlərinə səfər edib, növbədə isə Sumqayıt və Bakı sakinləri ilə görüş nəzərdə tutulur. Milli adət-ənənələri dəstəkləmək və Novruz bayramı şənliklərinə qoşulmaqla Coca-Cola şirkəti öz istehlakçılarına daha da yaxın olmağa çalışır. Bahar bayramında Azərbaycanda insanların bir-birinə dilədikləri arzuları ölkə miqyasında paylaşmaq məqsədilə şirkət belə arzulardan bir neçəsini əfsanəvi Coca-Cola brendində etiket vasitəsilə əks etdirərək satışa çıxarıb. Ölkənin əksər ərzaq mağazalarında üzərində “Bərəkət”, “Birlik”, “Xoşbəxtlik”, “Uğur”, “Sevgi” kimi diləklər əks olunmuş Coca-Cola məhsulları satışa artıq təqdim edilib.
Coca-Cola şirkətinin Qafqaz regionu üzrə İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Meneceri Elşad Fərzəliyev bu reklam çarxının Coca-Cola tərəfindən Novruza həsr edilmiş artıq sayca üçüncü reklam çəkilişi olduğunu bildirib.
“Coca-Cola ən sevilən qlobal brend olaraq hər zaman fəaliyyətdə olduğu ölkələrin mədəniyyəti, adət-ənənələri, dəyərləri və tarixinə böyük rəğbət və ehtiramla yanaşır. Biz bilirik ki, Nozruz bayramı Azərbaycan xalqının ən sevimli və qədim bayramıdır. Dünyanın bir sıra ölkələrində qeyd edilməyinə baxmayaraq, Azərbaycanda bu bayram özünün möhtəşəmliyi və zənginliyi ilə seçilir. Məhz Azərbaycanın səyləri nəticəsində Novruz YUNESKO-nun qeyri-maddi mədəni irsinə daxil edilmiş və BMT tərəfindən Martın 21-i Beynəlxalq Novruz Günü elan edilmişdir. Biz də Coca-Cola olaraq Novruz Bayramında Azərbaycan xalqı ilə birlikdə olmaq, birlikdə bu bayram sevincini yaşamaq və ən xoş arzularımızı çatdırmaq üçün xüsusi kampaniyaya başladıq. Ümid edirik ki, həm reklam çarxımız, həm də Novruz Karvanımız hər kəsi sevindirəcək və zövqünü oxşayacaq. Qarşıdan gələn Novruz Bayramı münasibətilə Azərbaycan xalqını təbrik edir, xoşbəxtlik, bərəkət, uğur, sülh, sevinc arzu edirik”, - deyə “Coca-Cola” şirkətinin nümayəndəsi təbrik mesajını çatdırıb.




 
Bölməyə aid digər xəbərlər
22.07.2019
Göz xəstəliklərindən əziyyət çəkənlərin pulsuz müayinə və müalicəsi təşkil edilir
22.07.2019
144 il ərzində Azərbaycan milli mətbuatı zəngin və mənalı bir inkişaf yolu keçib
22.07.2019
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozmaqda davam edir
19.07.2019
“Şəhərdən Kəndə” aqroekoturizm layihəsinin icrasına başlanılıb
19.07.2019
Milli Mətbuatın 144 illiyi ərəfəsində Nəsimi rayonunda jurnalistlərlə görüş keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
5 “Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info