İnam Kərimov: “Qarşımıza qoyulan vəzifə məhsuldarlığın artırılmasına nail olmaqdır”
Tarix: 18.03.2019 | Saat: 13:35:00 | E-mail | Çapa göndər


Göygöl rayonunda kənd təsərrüfatı naziri İnam Kərimovun sədrliyi ilə “Azərbaycanda taxılçılığın inkişafı ilə bağlı 2019-cu ildə qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib. Heydər Əliyev Mərkəzində keçirilən müşavirədə Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbər şəxsləri, müxtəlif rayonların icra hakimiyyəti strukturlarının məsul şəxsləri, nazirliyin tabeli qurumlarının və taxıl əkini aparılmış rayonların Dövlət Aqrar İnkişaf mərkəzlərinin direktorları, Elmi-Tədqiqat institutlarının nümayəndələri, həmçinin 41 rayondan taxılçılıqla məşğul olan 89 fermer iştirak edib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən verilən məlumata görə, tədbiri açan Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov bildirib ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı konkret hədəflər qoyulub. Bu hədəflərə çatmaq üçün rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı və emalı genişləndirilməlidir. Arif Seyidov vurğulayıb ki, bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən regionlarda mütəmadi müşavirələr keçirilir.
Kənd təsərrüfatı naziri İnam Kərimov müşavirədəki çıxışında qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aqrar sahənin inkişafına xüsusi diqqət yetirir: “Taxılçılıq kənd təsərrüfatının ən aparıcı sahəsidir. Digər sahələrdə olduğu kimi, bu sahə də dövlət qayğısı ilə əhatə olunub, dövlət tərəfindən fermerlərə subsidiyalar verilir, kənd təsərrüfatı texnikaları güzəştli şərtlərlə fermerlərə təqdim olunur”.
Nazir Azərbaycanda taxılçılığın inkişafı ilə bağlı mövcud vəziyyət və qarşıda duran vəzifələr barədə məlumat verib. Göygöldə keçirilən tədbirin taxılçılığın inkişafına həsr olunan sayca 3-cü müşavirə olduğunu diqqətə çatdıran nazir bildirib ki, taxılçılığın inkişafı ilə bağlı hər ay qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur: “Həmçinin pambıqçılıq, tütünçülük, baramaçılıq və digər sahələrlə bağlı müvafiq tədbirlər təşkil ediləcək. Dövlət tərəfindən həyata keçirilən sistemli tədbirlərin vahid məqsədi var. Prezident İlham Əliyev tərəfindən qarşımıza qoyulan vəzifə məhsuldarlığın artırılmasına nail olmaqdır. Məhsuldarlığı artırmaq üçün bütün aqrotexniki qaydalara riayət edilməlidir. Hazırda taxılçılıqla bağlı torpaqların seçilməsi, şumlanması, malalanması, toxum səpilməsi, birinci mərhələdə gübrə verilməsi işləri görülüb. Amma əsas tədbirlər qarşıdadır. Sahələrin suvarılmasına, qulluq məsələlərinə xüsusi diqqət yetirilməlidir. Müvafiq tədbirlər həyata keçirməli, fermerlərin yanında olmalıyıq”.
Daha sonra Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rəfail Quliyev “Taxıl əkinlərinin becərilməsi sahəsində görülən işlər və problemlər”, Meliorasiya və Su Təsərrüfatı ASC-in sədr müavini Zakir Quliyev “Respublikanın taxıl əkini sahələrinin suvarılmasının təminatı”, “Aqrolizinq” ASC-nin sədr müavini Elmin Rəhmanov “Taxılçılıqda texnika təminatı və biçinə hazırlıq işlərinin təşkili”, Kənd Təsərrüfatı Nazirliyinin Təhsil və təlim şöbəsinin müdiri İmran Cümşüdov “Taxıl istehsalçılarına yeni texnologiyaların tətbiqinin məsləhət informasiya xidmətinin təşkili” mövzusunda məruzə ilə çıxış ediblər. Müşavirədə Yevlax rayonundan fermer Sənan Məmmədov, Sabirabad rayonundan fermer Bəydabə Vəliyev məşğul olduqları sahə ilə bağlı fikirlərini bölüşüblər.
Sonra mineral gübrələr, dərmanlar, texnika, herbisid və pestisidlərlə təminat, suvarma məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb, fermerlər təkliflərlə çıxış ediblər. Tədbirdə ölkədə taxılçılığın inkişafı məqsədilə qarşıya qoyulan vəzifələrə toxunulub, bu cür müzakirələrin mütəmadi olaraq keçirilməsi qərara alınıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.07.2019
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin nümayəndə heyətini qəbul edib
22.07.2019
AzerTelecom Microsoft şirkətinin rəsmi tərəfdaşı oldu
22.07.2019
Bu il Azərbaycanda istifadəyə verilən obyektlərin siyahısı
21.07.2019
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 106 milyon dolları ötüb
20.07.2019
Azərbaycanda sahibkar qadınların daha çox olduğu rayonların adları açıqlandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
5 “Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info