“Yaz fəslində orqanizm vitamin tələbatına daha çox ehtiyac duyur”
Tarix: 18.03.2019 | Saat: 15:25:00 | E-mail | Çapa göndər


“Hazırda yaz fəslinin gəlməsiylə əlaqədar bir çox mövsümi xəstəliklər baş verməkdədir. Bunların qarşısının alınması üçün səmərəli müalicə vasitələrindən istifadə edilməsi vacibdir” deyən Azərbaycan Tibb Universitetinin Əczaçılığın texnologiyası və idarəçiliyi kafedrasının baş müəllimi Nigar Əzizzad bəzi məsləhətlərini də əlavə etdi: “Xüsusən yaz fəslində orqanizm vitamin tələbatına daha çox ehtiyac duyur. Belə olan təqdirdə təbii mənşəli vitaminli vasitələrdən istifadə etmək məsləhət görülür. Hazırda apteklərimizdə keyfiyyətli dərman preparatları, A, B qrupu, C, E, K, P vitaminləri satışdadır ki, bunların əhəmiyyətli təsiri çox böyükdür. Lakin, məsləhət görərdim ki, əhalimiz, xüsusən yaşlılar və uşaqlar təbii mənşəli vasitələrə daha çox üstünlük versinlər. Bunların sırasında göyərtilər, quru meyvələr, tərəvəzlər xüsusi yer tutur. Həmçinin heyvani mənşəli məhsullardan yumurta, süd və süd məhsulları, baliq məhsulları da vitaminlərlə zəngindir. Bunlarla yanaşı qida rasionunda quru, paxlalı, soya bitkilərinə də üstünlük vermək lazımdır. Bütün bu vasitələr qida vasitələri olmaqla yanaşı, həm orqanizmin immunitetini möhkəmləndirən müalicəvi əhəmiyyətə də malikdirlər.”

Fuad




 
Bölməyə aid digər xəbərlər
20.07.2019
Göz travmaları
18.07.2019
Azərbaycanda onkoloji xəstələri müəyyən edə bilən yeni metod hazırlanıb
18.07.2019
Çiyinləriniz ağrıyırsa...
16.07.2019
Narla müalicə
14.07.2019
Neçə saat yatmalıyıq?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
5 “Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info