Axır çərşənbədə nələr etməli?
Tarix: 18.03.2019 | Saat: 22:32:00 | E-mail | Çapa göndər



Niyyətlərin axşamı...

Axır çərşənbədə nələr etməli?

Axır çərşənbədə tonqal qalanması, plov dəmlənməsi, səməni, xonça, qapı pusma, şam yandırma, bayramlaşma və s kimi adət ənənələrdən əlavə fala baxmaq və bir çox adət ənənələr öz aktuallığını qoruyur. Belə ki, axır çərşənbədə heyva çubuğundan gözmuncuğu da düzəldirlər.
Qədim el adətlərinə və inanclara görə, axır çərşənbədə uşağa beşik düzəldərlər, gün çıxmamış su üstündən atdanarlar, tonqal yandırar, kəlin buynuzuna qırmızı bağlar, qorxanların başından su töküb qorxunu alarlar, evdən pul verməzlər, qonşuya ələk verməzlər.
Axır çərşənbə günü şamı yarımçıq söndürməzlər. Ailə üzvlərinin sayına görə şam yandırır, evdən od, kibrit, neft, ağartı, un, çörək verməzlər.
Axır çərşənbə gecəsi tez yatmazlar, evdə qazan asarlar. Vəfat etmiş yaxın adamları yada salar, onların adını çəkib "filankəslərin adına qazan asdım" deyib qazana ət, düyü və s. tökərlər.
Axır çərşənbə günü ertədən lampa yandırarlar.
Bu kimi adət-ənənələrdən əlavə Novruz falları da çox məşhurdur.

Niyyətlərin axşamı...
İlin axır çərşənbə axşamı gecəsi cavan qızlar bir yerə yığışırlar. Bir qaba su tökürlər. Əllərindəki üzükləri çıxarıb saçlarına salırlar. Niyyət tutub üzüyü suyun üstündən keçirirlər. Üzük fırlanmağa başlayır və qabın divarlarına dəyir. Üzük neçə dəfə qaba dəyirsə, sayırsan. Demək, o yaşda da gəlin gedəcəksən.
Yenə də inanclara görə, axır çərşənbə gecəsi ürəyində niyyət tutub yatmaq lazımdır. Gecə yarısı yuxudan dur və şamı yandır. Şamı götürüb güzgüyə yaxınlaş. Güzgüdə gələcək nişanlını görəcəksən. Amma gərək qorxmayasan. Qorxsan, bu niyyətin baş tutmaz.
İlin axır çərşənbə günü niyyət tutub bağa getmək lazımdır. Bağdan bir çəngə ot qırırsan. Niyyət düzdürsə, səhərəsi gəlib görürsən ki, qırdığın otlar uzanıb əvvəlki kimi olub.
İlin axır çərşənbə gecəsi ürəyində niyyət tutursan. Bağda bir daşı qaldırıb altını təmizləyirsən. Niyyətin hasilə çatandan sonra gəlib daşın altına baxırsan. Görürsən ki, daşın altında ot bitib.
İlin axır çərşənbə axşamı ana uşaqlarının başından tük qırır və axar suya atır. Bir qab həmin yerdən su götürür və uşaqlarının üstünə çiləyirsən. Guya ki, bu su təmizlik, sağlamlıq, paklıq gətirir. Həmin ili uşaqlar xəstələnmir.
Qeyd edək ki, Novruz (farsca "yeni gün" mənasındadır) Şəmsi təqvimi ilə yeni ilin başlanması bayramıdır, yazda gecə ilə gündüzün bərabər olduğu günə təsadüf edir.




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
Moskva sakini lotereyada 286 milyon rubl udub
15.09.2019
Dinozavrları yox edən meteoritin Yer kürəsi ilə toqquşduğu gün nələr yaşanıb?
15.09.2019
MKİ SSRİ-ni izləmək üçün heyvanlardan da istifadə edib
15.09.2019
Qaçaqmalçılardan 800 yaşlı kitab aşkarlandı
14.09.2019
Dünyada hər il 26 milyon hektar meşə qırılır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info