Senator Kirsten Cillibrand 2020-ci ildə ABŞ prezidenti vəzifəsinə namizədliyini irəli sürəcək
Tarix: 18.03.2019 | Saat: 22:54:00 | E-mail | Çapa göndər


Nyu-York ştatından senator Kirsten Cillibrand 2020-ci il prezident seçkilərində seçkiqabağı kampaniyaya başladığını elan edib. Cillibrand Demokratlar Partiyasının 2020-ci ildə keçiriləcək qurultayında namizədliyini irəli sürmək üçün kifayət qədər tərəfdar toplayacağına ümid edir.
AZƏRTAC bildirir ki, Demokratlar Partiyasının bir sıra məşhur və təcrübəli siyasətçiləri, o cümlədən senatorlar Elizabet Uorren, Emi Klobuşar, Kamala Harris, Kori Buker və Beto O`Rurk Kirsten Cillibrandın rəqibləri olacaqlar.
Senator Cillibrand bu qərarını bazar günü sosial şəbəkələrdə videomüraciət vasitəsilə rəsmən elan edib. O deyib ki, ölkəyə "böyük və cəsarətli qərarlar qəbul edən lider" lazımdır. Tibbi xidmətin hamı üçün əlyetərli olmasına nail olacağını, odlu silahdan istifadə edilməklə zorakılığa son qoyacağını vəd edən Cillibrand gələn həftə Nyu-Yorkdakı "Trump International Hotel" qarşısında rəsmi nitq söyləməyə hazırlaşır.
2009-cu ildə Barak Obama administrasiyasında ABŞ-ın dövlət katibi təyin edilmiş Hillari Klintonun əvəzinə senator təyin edilən Kirsten Cillibrand sonrakı müddətdə üç dəfə təkrar həmin vəzifəyə seçilib.




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
İsraildə parlament seçkiləri keçirilir
17.09.2019
BƏƏ-yə məxsus gəmi İran tərəfindən saxlanıldı
16.09.2019
Dünyanın ilk üzən nüvə elektrik enerjisi stansiyası Pevek şəhərinə çatdı
16.09.2019
Ursula fon der Lyayen: “Xarici güclərin müdaxiləsi Avropa üçün təhlükədir”
16.09.2019
Tramp Ruhani ilə görüşü istisna etməyib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info