Azərbaycan beynəlxalq statuslu turist bələdçiləri hazırlayacaq
Tarix: 19.03.2019 | Saat: 10:16:00 | E-mail | Çapa göndər


Azərbaycan Turizm Assosiasiyası (AzTA) və Özbəkistanın Turizmin Təlim-Konsaltinq Mərkəzi birlikdə beynəlxalq statuslu bələdçilər hazırlayacaqlar.
Assosiasiyadan Trend-ə verilən məlumata görə, AzTA və Özbəkistanın Turizmin Təlim-Konsaltinq Mərkəzi hər iki ölkədə peşəkar, eləcə də beynəlxalq statuslu bələdçilərin hazırlanması barədə razılığa gəliblər.
Bu razılıq Assosiasiya sədri Nahid Bağırovun Özbəkistanın adıçəkilən mərkəzinin direktoru Yelena Golişevanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə əldə edilib.
Özbəkistan nümayəndə heyətinin Azərbaycana səfəri qarşılıqlı məlumat mübadiləsinin aparılması, hər iki ölkədə təşkil olunan bələdçi təlimlərinin metodikası, proqramları və cədvəlləri ilə qarşılıqlı tanışlıq, eləcə də birgə təlimlərin keçirilməsi barədə razılığın əldə olunması məqsədi daşıyıb.
Qeyd edək ki, 2018-ci ildə Azərbaycana dünyanın 196 ölkəsindən 2849,6 min və ya əvvəlki illə müqayisədə 5,7 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Dövlət Statistika Komitəsinin məlumata görə, gələnlərin 30,9 faizi Rusiya, 21,4 faizi Gürcüstan, 10,2 faizi Türkiyə, 8,5 faizi İran, 3,3 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,6 faizi Səudiyyə Ərəbistanı, 2,4 faizi İraq, 2 faizi Ukrayna, 1,4 faizi İsrail, 17,2 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub.
2018-ci ildə Körfəz ölkələrindən (Birləşmiş Ərəb Əmirlikləri və İran istisna olmaqla) gələnlərin sayında daha çox artım müşahidə edilib. Bu ilin yanvarında isə Azərbaycana gələn əcnəbilərin sayı üzrə ən yüksək artım Pakistan, Hindistan, Qazaxıstan və Türkmənistan üzrə qeydə alınıb.
Dövlət Turizm Agentliyinin məlumatına görə, 2019-cu ilin yanvar ayında ölkəmizə 191,4 min xarici vətəndaş gəlib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5 min nəfər və ya 3% çoxdur.
Əcnəbilər arasında ən çox artım 22% artımla Gürcüstandan gələnlərdə müşahidə olunur. Əhəmiyyətli surətdə artım olan digər bazarlar Cənubi Asiya və Mərkəzi Asiyadır. Bu regionlardan gələn turistlərin sayında müvafiq olaraq 60,9% və 35,4% artım baş verib.
Ən yüksək artım tempi Cənubi Asiya ölkələrindən Pakistan və Hindistana, Mərkəzi Asiyadan Qazaxıstan və Türkmənistana məxsusdur. Yanvarda bu ölkələrin hər birindən Azərbaycana 2000-dən çox xarici vətəndaş gəlib.




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
Azərbaycanda nikahların sayı artıb
16.09.2019
Vilayət Eyvazov: Ölkə üzrə cinayətlərin sayı azalıb
16.09.2019
“Azərbaycanın Dostları“ adlı sosial şəbəkə istifadəyə verilib
16.09.2019
Gürcüstanın Qardabani rayonunda iki uşaq bağçası istifadəyə verilib
16.09.2019
Azərbaycanlı həkimlərin elmi məqaləsi ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info