Azərbaycanda ilk dəfə “Elm günü” qeyd olunacaq
Tarix: 19.03.2019 | Saat: 11:07:00 | E-mail | Çapa göndər



Son illər Azərbaycanda elmin inkişaf etdirilməsi istiqamətində aparılan uğurlu islahatlar, dövlətimizin başçısının imzaladığı sərəncam və fərmanlar müsbət nəticələrə gətirib çıxarıb, Azərbaycan alimlərinin beynəlxalq aləmə inteqrasiyası ilə bağlı mühüm nailiyyətlər əldə olunub. Bu gün elm və təhsil sahələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, dünya elminin tələblərinə cavab verən multidissiplinar tədqiqatların aparılması, elmi-texniki potensialın qorunub saxlanılması, eləcə də yüksəkixtisaslı kadrların hazırlanması dövlət siyasətinin əsas istiqamətlərindəndir.
Prezident İlham Əliyevin cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması sahəsində qəbul etdiyi mühüm qərarlar buna sübutdur.


Elmi fəaliyyət sahəsində hüquqi islahatların ən böyük uğuru “Elm haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsidir. Bununla əlaqədar olaraq ölkə rəhbəri “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 9 avqust tarixli Fərman imzalayıb. Bu qanun müstəqil dövlətimizin elm siyasətinin əsaslarını təşkil edir.
Bunu AZƏRTAC-a müsahibəsində AMEA Rəyasət Heyəti aparatının mətbuat və informasiya idarəsinin elektron informasiya şöbəsinin rəis müavini Nərgiz Qəhrəmanova söyləyib.
Bildirib ki, ölkəmizdə vətəndaşların elmi səviyyəsinin yüksəldilməsi və yeni biliklərə yiyələnməsində elmin aparıcı rolu və vəzifələri “Elm haqqında” Azərbaycan Respublikasının Qanununda təsbit edilib. Sənəddə elmi fəaliyyət sahəsində dövlət siyasətinin prinsipləri, məqsədləri və prioritetləri, elmi işçilərin hüquqları, elmi müəssisələrin və təşkilatların funksiyaları, ali məktəb və sahə elminin fəaliyyət istiqamətləri, elmi fəaliyyətin idarə olunması, elmdə sahibkarlıq və innovasiya fəaliyyətinin imkanları, beynəlxalq elmi əməkdaşlığın yolları və digər məsələlər öz əksini tapıb.
2018-ci il aprelin 9-da isə Prezident İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Bu tarix ölkə üçün əlamətdar bir vaxta - AMEA-nın təsis olunduğu günə təsadüf etdiyi üçün xüsusi əhəmiyyət daşıyır. Şübhəsiz ki, belə bir günün təsis edilməsi və dövlət başçısının Azərbaycan elminin inkişafını hər zaman diqqət mərkəzində saxlaması Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) qarşısında daha ciddi vəzifələr qoyur.
Qeyd edilib ki, son illər AMEA-da elmin inkişaf etdirilməsi ilə bağlı geniş imkanlar yaradılıb, elmi müəssisə və təşkilatların maddi-texniki bazasının gücləndirilməsi istiqamətində məqsədyönlü işlər görülüb. Bu da dünyanın nüfuzlu akademik qurumları ilə əməkdaşlığın təşkilinə, beynəlxalq əlaqələrin daha da genişləndirilməsinə şərait yaradıb. Bu gün AMEA ölkə rəhbərinin elm sahəsində sərəncam və fərmanlarını rəhbər tutaraq yeni istiqamətdə inkişaf edir. Akademiyada elmi fəaliyyətin səmərəliliyinin daha da artırılması, ölkənin digər elmi müəssisələrində və ali məktəblərində aparılan fundamental və tətbiqi araşdırmaların əlaqələndirilməsi, alim və mütəxəssislərin əldə etdikləri mühüm nəticələrin dünyanın nüfuzlu jurnallarında işıq üzü görməsi məqsədilə ciddi tədbirlər həyata keçirilir.
Diqqətə çatdırılıb ki, bu il martın 27-də Azərbaycanda ilk dəfə olaraq “Elm günü” qeyd olunacaq. Həm ölkəmiz, həm də AMEA tarixində ən əlamətdar hadisələrdən biri olan bu tədbir elmlə məşğul olar hər kəsin, bütövlükdə Azərbaycan elmi ictimaiyyətinin bayramına çevriləcək. “Elm günü” ilə əlaqədar olaraq AMEA-nın elmi müəssisə və təşkilatlarında, regional elmi mərkəzlərində silsilə tədbirlər keçirilir. Ən aktual, prioritet mövzularda məruzələri əhatə edən dəyirmi masa, seminar, eləcə də “açıq qapı” günləri və sərgilər təşkil olunur. Tədbir çərçivəsində, həmçinin elmi nailiyyətlərinə görə fərqlənən alimlərə AMEA-nın elmi bölmələrinin, elmi müəssisə və təşkilatlarının fəxri fərmanlarının təqdim olunması nəzərdə tutulur. Bu günün hər il ölkəmizdə rəsmi qeyd olunması haqqında qərar böyük tarixi əhəmiyyətə malikdir. Bu, bütün ölkə üzrə elm sahəsində fəaliyyət göstərən alim və mütəxəssisləri bir araya gətirməklə yanaşı, həm də əldə olunan elmi nailiyyətləri ictimaiyyətə təqdim etməyə, Azərbaycan elmində olan çatışmazlıqları geniş şəkildə müzakirə etməyə, problemlərin həlli ətrafında birləşməyə imkan verəcək.




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
UFAZ-ın tələbələri Bakı Metropolitenində praktiki biliklərə yiyələnirlər
23.04.2019
“Azərbaycan dilinin Orfoqrafiya Normaları”
23.04.2019
Bakı Ali Neft Məktəbində SPM-in yeni qrupunun açılışı oldu
23.04.2019
Azərbaycan qalaları haqqında kitab nəşr edilib
23.04.2019
23 aprel – Dünya Kitab və Müəlliflik Hüququ Günüdür

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info