Yay aylarında Ermənistanda təbii qazın qiymətlərinin artması labüddür
Tarix: 19.03.2019 | Saat: 11:47:00 | E-mail | Çapa göndər




Ermənistan hökuməti ilə “Gazprom-Armenia” şirkəti arasında Rusiyadan bu ölkəyə nəql olunan təbii qazın qiymətləri ilə bağlı iki ay davam edən danışıqların uğursuz nəticələnməsindən sonra əhaliyə və digər daxili istehlakçılara verilən mavi yanacağın qiymətinin artması labüddür.
AZƏRTAC erməni KİV-nə istinadla xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində energetika təhlükəsizliyi üzrə ekspert Armen Manvelyan bildirib. O əlavə edib ki, Rusiya təbii qazının sərhəddə daxilolma qiymətinin artmasından sonra daxili bazarda onu sabit saxlamaq mümkün olmayacaq. Digər tərəfdən, Ermənistanın baş naziri ötən ilin dekabrında bəyan edib ki, hökumət daxili tələbat üçün təbii qazın qiymətlərinə subsidiya ayırmayacaq və gələcəkdə borc müqabilində qarşı tərəfə (“Gazprom” şirkətinə) heç bir səhmlər və ya müəssisələr verilməyəcək.
Ekspertin sözlərinə görə, Rusiyanın törəməm şirkətinin həddindən artıq böyük infrastruktur xərcləri qiymətlərin əvvəlki səviyyədə saxlanılmasına imkan vermir. Eyni zamanda, Ermənistan hökuməti də bugünədək qiymət sabitliyi ilə bağlı öz arqumentlərini təqdim etməyib.
A.Manvelyan deyib ki, qazın qiymətlərinin bu ilin yayında artırılacağı istisna edilmir. O, qeyri-peşəkarlardan ibarət olan hökumət komissiyasının ötən ilin ortalarında ölkədə guya enerjidaşıyıcılarının qiymətlərinin azaldılacağı barədə bəyanatlarını da əsassız adlandırıb. Ekspert əlavə edib ki, Ermənistan hökuməti ilə “Gazprom-Armenia” şirkəti arasında münasibətlər bu şirkətə qarşı cinayət işinin qaldırılmasından sonra daha da gərginləşib.
Ekspert bildirib ki, ağır sosial vəziyyət ucbatından ölkədə təbii qaz istehlakının 22,2 milyard kubmetrdən 2 milyard kubmetrə qədər azalması da problemi çətinləşdirir.




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
22.04.2019
Azərbaycan dövlətçilik tarixinin inkişaf mərhələlərinə ümumi bir baxış
20.04.2019
“Stonehenge” tarixi abidəsini Anadoludan gələnlər tikiblər
20.04.2019
Ermənistan XİN rəhbəri işlətdiyi iki cümlədə azı yeddi səhvə yol verib
19.04.2019
Azərbaycanlı gimnastlar “AGF Junior Trophy” turnirində yaxşı nəticə göstərməyə hazırdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info