Qaradağda bayram münasibəti ilə aztəminatlı ailələrə yardım edilib
Tarix: 19.03.2019 | Saat: 14:18:00 | E-mail | Çapa göndər


18 mart 2019-cu il tarixində Novruz bayramı ərəfəsində Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov ənənəvi olaraq rayonun aztəminatlı ailələri ilə görüşdü. Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov və rayon ictimaiyyəti iştirak edirdi. Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov görüşdə iştirak edən sakinləri Novruz bayramı münasibəti ilə təbrik edərək, bol ruzi və ailələrinə əmin-amanlıq arzuladı. Hər bayramda olduğu kimi, bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan “Qaradağ rayonunun sosial-iqtisadi inkişafına yardım Fondu” və Heydər Əliyev Fondu tərəfindən rayonunun aztəminatlı ailələrinə bayram payı göndərildiyini bildirərək, bunun bir daha ölkə başçısının diqqət və qayğısının təzahürü kimi vurğuladı. Daha sonra görüş iştirakçıları çıxış edərək hər zaman göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və rayon İcra hakimiyyətinə öz dərin minnətdarlıqlarını bildirdilər. Görüşün sonunda Qaradağ rayonu ərazisində yaşayan məcburi köçkün və şəhid ailələrinə, Qarabağ, 20 Yanvar, Çernobıl əlillərinə və aztəminatlı 3800 ailəyə ərzaq yardımı verildi.

Anar




 
Bölməyə aid digər xəbərlər
20.07.2019
Lənkərandakı istirahət məkanları cərimələndi
20.07.2019
“Bu ildən Azərbaycan regionlarında uşaqlar üçün bərpa müəssisələrinin inşasına başlanacaq“
20.07.2019
FHN Şirvandakı kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb
19.07.2019
Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqların sayı nəzərəçarpacaq dərəcədə azalıb
19.07.2019
Qubada polislər qanvermə aksiyasında iştirak ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info