TÜRKPA Katibliyində Novruz bayramı münasibətilə tədbir keçirilib
Tarix: 19.03.2019 | Saat: 15:10:00 | E-mail | Çapa göndər


Martın 16-da Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Katibliyində Novruz bayramı münasibətilə tədbir keçirilib. TÜRKPA Katibliyindən verilən məlumata görə, tədbirdə Milli Məclisin qurumda təmsil olunan deputatları Əhliman Əmiraslanov, Hikmət Babaoğlu, Nizami Cəfərov, Cavanşir Feyziyev, Şəmsəddin Hacıyev, İlham Əliyev və digər qonaqlar iştirak ediblər.
TÜRKPA-nın Baş katibi Altınbek Mamayusupov çıxış edərək çoxəsrlik tarixi olan Novruz bayramının türkdilli ölkələrdə yüksək səviyyədə qeyd olunmasının əhəmiyyətini vurğulayıb və Novruzun sülh və əmin-amanlıq, sabitlik rəmzi olduğunu bildirib. Baş katib görüşdə iştirak edən hər kəsə təşəkkür edib, Novruz bayramı münasibətilə təbrik edib və TÜRKPA Katibliyinin bu kimi tədbirlərə ev sahibliyi etməyə daim hazır olduğunu söyləyib.
Tədbirdə çıxış edən TÜRKPA-da Milli Məclisin nümayəndə heyətinin üzvlərindən parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Novruzun türk xalqlarının ortaq bayramı olduğunu vurğulayıb. Qeyd edib ki, baharın gəlişi və təbiətin oyanışı ilə əlaqədar qeyd olunan bu bayram türkdilli ölkələr arasında dərin tarixi və mədəni bağlardan xəbər verir. Onun sözlərinə görə, Novruz qardaşlıq, birlik və mənəvi saflıq rəmzi olaraq xalqlarımızın zəngin adət-ənənəsini nümayiş etdirir. Novruzun türk xalqlarının ümumi mədəni dəyəri olduğunu qeyd edən Milli Məclisin deputatı Nizami Cəfərov bu bayramın insanlara sevinc, xoşbəxtlik və nikbin əhval-ruhiyyə gətirdiyini bildirib. O, Novruzun qeyd edilməsinin milli dəyərlərə sadiqlik və onların gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyətini vurğulayıb. Novruz bayramını ulu əcdadların türk xalqlarına gözəl yadigarı kimi qiymətləndirən millət vəkili bayramın qəlblərdə saf duyğular oyatdığını, səmimiyyət və mehribanlıq hissləri yaratdığını qeyd edib. Tədbirdə digər çıxış edən natiqlər də türkdilli xalqları bir-birinə bağlayan bu qədim bayramın kökləri, tarixi və əhəmiyyəti barədə fikirlərini bildiriblər.




 
Bölməyə aid digər xəbərlər
22.07.2019
ABŞ-da yeni diaspor təşkilatı yaradılıb
22.07.2019
Prezident İlham Əliyev: Bünövrəsi “Əkinçi“ ilə qoyulmuş milli mətbuatımız bu gün Azərbaycanın dünyada eşidilən səsidir
22.07.2019
1990-cı il 22 iyul: Qurtuluşa aparan yolun, özünəqayıdışın başlanğıc günüdür
21.07.2019
QMİ-nin Gürcüstan nümayəndəliyi Keşikçidağ məbəd-kompleksi ətrafında yaranmış vəziyyətlə bağlı bəyanat yayıb
20.07.2019
Ali Baş Komandanın qarşımızda qoyduğu ən əsas tapşırıq yüksək döyüş hazırlığıdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
5 “Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info