Rezidentura təhsilində ixtisasların sayı artırılıb, bəzilərinin adı dəyişdirilib
Tarix: 20.03.2019 | Saat: 10:31:00 | E-mail | Çapa göndər


Nazirlər Kabinetinin qərarı ilə “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nda dəyişikliklər edilib.
Trend-in məlumatına görə, müvafiq qərara əsasən bir sıra ixtisasların adı dəyişdirilib: “Terapiya” “Daxili xəstəliklər” sözləri ilə, “Allerqologiya” “Allerqologiya və immunologiya”, “Mikrobiologiya” “Tibbi mikrobiologiya” və “Genetika” sözü “Tibbi genetika” sözləri ilə əvəz edilib.
Bundan başqa, ixtisasların sayı artırılıb, tədris müddəti müəyyən olunub. Belə ki, "Ailə təbabəti" ixtisası 2 il, "Endodontiya", "Parodontologiya", "Restorativ stomatologiya", "Ortopedik stomatologiya", "Uşaq stomatologiyası", "Ortodontiya", "Uşaq və yeniyetmə psixiatriyası" 3 il, "Nüvə təbabəti", "Neonatologiya", "Uşaq endokrinologiyası", "Uşaq kardiologiyası", "Uşaq nefrologiyası", "Uşaq nevrologiyası", "Uşaq qastroenterologiyası", "Uşaq yoluxucu xəstəlikləri" 4 il, "Uşaq urologiyası", "Uşaq ürək-damar cərrahiyyəsi" ixtisası isə 5 il müddətinə tədris olunacaq.




 
Bölməyə aid digər xəbərlər
22.07.2019
“İş həyatında sosial məsuliyyət və etik-davranış qaydaları” mövzusunda təlim təşkil olunub
22.07.2019
İnzibati icraçı vəzifələr üzrə test imtahanında iştirak etmək üçün 84 nəfər qeydiyyatdan keçib
20.07.2019
İslamşünaslıq ixtisasına qəbul olunmaq istəyən abituriyentlərin nəzərinə!
20.07.2019
Kolleclərə qəbul olunmaq üçün ərizə verənlərin sayı 23 mini keçib
20.07.2019
Rezidenturaya qəbul olmaq üçün 180-dən çox namizəd ixtisas seçimi ərizəsini təsdiqləyib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
5 “Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info