İsveçrə portalında Novruz bayramı haqqında yazı yerləşdirilib
Tarix: 20.03.2019 | Saat: 21:32:00 | E-mail | Çapa göndər



İsveçrənin “www.zeitung.ch” portalında “Novruz – sülh bayramı” sərlövhəli yazı yerləşdirilib.

AZƏRTAC-ın bu ölkə üzrə xüsusi müxbiri tərəfindən qələmə alınan yazıda oxuculara Novruz bayramının tarixi, dünyanın müxtəlif regionlarında qeyd edilməsi, özünəməxsus xüsusiyyətləri və Azərbaycanda ən sevilən milli bayramlardan biri olması barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, hər il bahar fəslində gecə ilə gündüzün bərabərləşdiyi günün bayram kimi qeyd edilməsinin minilliklərə söykənən tarixi və özünəməxsus ənənələri var.
Bildirilib ki, baharın gəlişinin rəmzi olan və təbiətin oyanışını müjdələyən bu bayram Balkanlardan tutmuş Uzaq Şərqə kimi 300 milyondan artıq insanı əhatə edən geniş bir coğrafiyada qeyd edilir. Eləcə də bu bayramın bir sıra komponentləri baharın gəlişi ilə bağlı dünyanın bir sıra regionlarındakı adət-ənənələrlə səsləşir. Misal üçün, İsveçrənin bəzi regionlarının da daxil olduğu şvab-aleman məkanında yazın gəlişi münasibətilə tonqallar qalanır və alovun rəmzi olaraq qışı yandırıb məhv etməsi bayram edilir.
Müəllif yazıda bu bayramın adət və ənənələri, Azərbaycanda yayılmış xüsusiyyətləri barədə məlumat verib və qeyd edilib ki, Azərbaycanda bu bayram hər il böyükdən kiçiyə hamı tərəfindən səbirsizliklə gözlənilir və yüksək səviyyədə qeyd edilir. Novruz ərəfəsində Azərbaycanda səfərdə olan turistlər adət-ənənələri ilə zəngin bu bayramı paytaxt Bakı və regionlarda əsl dəbdəbəsi ilə görmək və minillərlə yaşı olan Novruzu yerli əhali ilə birlikdə qeyd etmək imkanı əldə edirlər.




 
Bölməyə aid digər xəbərlər
20.09.2019
YPG / PKK Suriyada Əsəd rejimi ilə əməkdaşlıq edir
20.09.2019
Türkiyənin Sudana hümanitar yardımları davam edir
19.09.2019
İndoneziyada korrupsiyada ittiham olunan nazir istefa verdi
19.09.2019
Trampdan FES-in dollar qərarına reaksiya: “Yenə yıxıldılar“
19.09.2019
ABŞ iki gün ərzində İrana qarşı yeni sanksiyalar tətbiq edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 Vilayət Eyvazovdan yeni təyinat


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info