Avro-2020: seçmə mərhələnin ilk qolu vurulub
Tarix: 21.03.2019 | Saat: 21:12:00 | E-mail | Çapa göndər



Futbol üzrə Avropa çempionatının seçmə mərhələsinin ilk qolu vurulub.

AZƏRTAC xəbər verir ki, "Astana Arena" stadionunda Qazaxıstan millisi Şotlandiya yığması ilə üz-üzə gəlir. Həmin görüşdə hesabı meydan sahibləri açıb. Matçın 6-ci dəqiqəsində qazaxların həyətində Yuri Syuk fərqlənib. Beləliklə, Yurinın qolu "Avro-2020" qrup mərhələsinin ilk qolu olub.
Xatırladaq ki, bu gün Azərbaycan millisi səfərdə Xorvatiya yığması ilə qarşılaşacaq. Oyun saat 23:45 Zaqreb şəhərindəki 35 min azarkeş tutumuna malik “Maksimir” stadionunda başlayacaq. Oyunu Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.
Bu görüş yığmamızın baş məşqçisi Nikola Yurçeviç üçün əlamətdir olacaq. Belə ki, xorvatiyalı mütəxəssis millimizin baş məşqçisi kimi debütünü öz ölkəsində edəcək.
İndiyədək Azərbaycan və Xorvatiya milli komandaları iki dəfə üz-üzə gəliblər. Bu oyunların birində xorvatların 6:0 hesablı qələbəsi qeydə alınıb. Digər oyun isə 0:0 hesabı ilə nəticələnib.
“Avro 2020”nin seçmə mərhələsində Azərbaycan millisi Xorvatiya, Uels, Slovakiya və Macarıstanla birlikdə "E" qrupunda yer alıb.
Qeyd edək ki, AVRO-2020-nin final mərhələsi qitənin 12 şəhərində, o cümlədən Bakıda təşkil olunacaq.




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
Bu gün futbol üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinə start veriləcək
22.04.2019
“Yalnız bir nəfər“
22.04.2019
Formula 1 Azərbaycan Qran-Prisinin bolidləri Bakıya gətirilib
22.04.2019
Bakıda ilk dəfə aerobika gimnastikası üzrə Avropa çempionatı təşkil olunacaq
21.04.2019
Futbol üzrə İtaliya və İspaniya çempionatlarında növbəti oyunlar keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info