Ölkəmizdə meyvə məhsullarına olan tələbat əsasən yerli istehsal hesabına ödənir
Tarix: 23.03.2019 | Saat: 11:39:00 | E-mail | Çapa göndər


Dövlət Proqramında intensiv bağçılığın genişləndirilməsi nəzərdə tutulub

2019-2023-cü illər üçün Azərbaycanda meyvəçiliyin inkişafına dair Dövlət Proqramı hazırlanıb. Proqramın əsas məqsədi meyvəçiliklə bağlı ixrac potensialını artırmaq, əhalinin meyvəyə olan tələbatını tam ödəməkdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqat Mərkəzinin aparıcı mütəxəssisi Eldar Quliyev bildirib.
O qeyd edib ki, proqramda məhsuldarlığın artırılması üçün tədricən intensiv bağçılığın genişləndirilməsi nəzərdə tutulub. Həmçinin meyvələrin saxlanması üçün soyuducu anbarların sayı artırılmalı, emal sənayesi inkişaf etdirilməli, əhalinin məşğulluq səviyyəsinin və gəlirlərinin artırılması istiqamətində tədbirlər görülməlidir.
Onun sözlərinə görə, hazırda Azərbaycanda müxtəlif sahələr üzrə intensiv bağlar yaradılır. Yeni bağlar Quba, Xaçmaz, Şabran, Tovuz, Samux, Şəmkir, Göyçay, Şamaxı və Kürdəmirdə salınır. Bu bağlarda məhsuldarlıq yüksək olmaqla yanaşı, zərərverici və xəstəliklərə qarşı da davamlıdır. İstehsal xərcləri isə ənənəvi bağçılıqla müqayisədə intensiv bağçılıqda aşağıdır. Bundan başqa, Dövlət proqramında ayrıca olaraq gilas, ərik, şaftalı və heyvanın məhsuldarlığının artırılması da nəzərdə tutulub.
Eldar Quliyev əlavə edib ki, ölkəmizdə meyvə məhsullarına olan tələbat əsasən yerli istehsal hesabına ödənir: “Tropik meyvələr ölkəmizdə yetişmədiyi üçün bu məhsullar xaricdən idxal edilir”.




 
Bölməyə aid digər xəbərlər
12.12.2019
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
11.12.2019
Əhməd Əhmədzadə Abşeron rayonunda vətəndaşlarla görüşüb
11.12.2019
Bələdiyyə seçkiləri ilə əlaqədar bülletenlərin DSK-lara paylanmasına başlanıb
10.12.2019
Səhiyyə işçilərinin maaşı 50 faiz artırıldı
10.12.2019
Ekosahibkarlığın inkişafına dəstək məqsədilə ağacəkmə aksiyası keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi
3 Avropada işsizlər ordusu yaranır
4 Nazirlər Kabineti Yeni ildə iş və istirahət günlərinin yerinin dəyişdirilməsinə aydınlıq gətirib
5 Erməni deputat: “Ermənistana böyük sərmayə cəlb etmək mümkün deyil”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info