Fransa millisinin futbolçusu Rafael Varan İspaniyanın "Real Madrid" komandasından ayrıla bilər.
26 yaşlı müdafiəçi komanda yoldaşlarına yayda klubu tərk etmək istədiyini söyləyib.
O, Madrid təmsilçisinin ab-havasından yorulduğunu və özünü yeni bir kollektivdə sınamaq istədiyini bildirib.
Qeyd edək ki, Rafael Varan 2011-ci ildən "Real Madrid"də çıxış edir. Müdafiəçi bu müddət ərzində 4 dəfə UEFA Çempionlar Liqasının, 2 dəfə isə İspaniya La Liqasının qalibi olub. O, Fransa yığmasının heyətində 2018-ci ildə keçirilmiş dünya çempionatında da qızıl medal qazanıb.
|