Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gəliblər
Tarix: 23.03.2019 | Saat: 15:57:00 | E-mail | Çapa göndər



“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində martın 23-də Naxçıvan Muxtar Respublikasından yola salınan şagirdlər Bakıya gəliblər.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda tur-aksiya iştirakçılarını rəqqaslar qrupu, Novruzun rəmzləri sayılan Kosa, Keçəl, Bahar qızı əllərində səməni və bayram xonçaları ilə qarşılayıblar.
Qrupun rəhbəri, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Abdulla Hüseynov bildirib ki, muxtar respublikadan IX-XI siniflərdə təhsil alan 160 şagird, 18 bələdçi-müəllim və 2 həkim Bakıya gəlib. İnanırıq ki, budəfəki səyahət də əvvəlkilər kimi yaddaqalan olacaq. Şagirdlər üç gün ərzində paytaxtımızın tarixi abidələri ilə tanış olacaq, görməli yerlərini gəzəcəklər.
Naxçıvanlı şagirdlər “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirakdan çox məmnun olduqlarını bildiriblər. Bu layihə çərçivəsində paytaxtımızın tarixi abidələri ilə yaxından tanış olmaq imkanı qazanacaqlarını söyləyən məktəblilər səfərdən zəngin təəssüratlarla ayrılacaqlarını və burada gördüklərini məktəbli yoldaşları ilə paylaşacaqlarını vurğulayıblar. Şagirdlər həmçinin, tur-aksiyanın bütün təşkilatçılarına, layihənin təşəbbüskarı Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
Naxçıvanlı şagirdlər dörd gün ərzində Bakıda Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcək, Heydər Əliyev Mərkəzi, Qız qalası, Şirvanşahlar sarayı, Milli Azərbaycan Tarixi Muzeyi, İncəsənət və Xalça muzeyləri, “Atəşgah” məbədi və digər mədəni-tarixi yerlərlə tanış olacaqlar.




 
Bölməyə aid digər xəbərlər
05.12.2019
DİN vakant post-patrul xidmətinə qəbulla əlaqədar müsabiqə elan edir
05.12.2019
Həmyerlimiz Pentaqonda yüksək vəzifəyə təyin olunub
05.12.2019
Tanınmış jurnalistə futbol klubunda vəzifə verilib
05.12.2019
Vilayət Eyvazov Kolumbiyanın ölkəmizdəki səfirini qəbul edib
05.12.2019
AGAT “İncəsənət Terapiyası Saatı“ adlı sosial layihəyə start verəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11399

1 Məhərrəm Əliyevə general-polkovnik ali hərbi rütbəsi verildi
2 Səbinə Əliyeva ombudsman seçildi
3 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
4 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
5 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info