Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
Tarix: 24.03.2019 | Saat: 15:54:00 | E-mail | Çapa göndər



Bu gün erməni cəmiyyəti Paşinyanı ərazini təmizləməkdən daha çox, ciddi tədbirlər görməsini istəyirlər. Təbii ki, Paşinyanın İrəvanda iməclik təşkil etdirib, küçə süpürməklə özünü xalqın gözünə soxmağa çalışması, ilk olaraq, onun tükənməkdə olan imicinin qorunub saxlanmasına hesablanıb. Amma, erməni baş nazirə xatırlatmaq lazımdır ki, bu imicin arxasında konkret bir şey olmalıdır. Əks təqdirdə, insanlar bunu gec və ya tez də olsa başa düşəcəklər.

...Və artıq, deyəsən, başa düşməyə başlayıblar. Çünki məxməri inqilabdan sonra ölkədə yeni dəyişiklər üçün Paşinyana kifayət qədər vaxt verən erməni xalqı artıq sabahın dünəndən daha pis olacağını etiraf etməyə başlayıblar.
Məsələn, ermənilərin “Past” nəşri Paşinyanın xalq arasındakı əvvəlki reytinqinin artıq 35-40 faiz aşağı düşdüyü barədə yazı dərc edib. “Aysor” saytı isə Ararat bölgəsindəki kənd təsərrüfatı işçilərinin fikirlərini əsas tutaraq, ötən 10 ay ərzində regionda heç bir irəliləyiş olmadığı barədə məlumat yayıb. Əslində, bu geriləmələr Ermənistanın bütün sahələrinə şamil edilməlidir.
Bu gün məhz Paşinyanın səbatsız idarəçiliyinin məhsuludur ki, dövlət aparatının optimallaşdırılması çərçivəsində on minlərlə dövlət məmuru işlərini itirmiş olacaq, təhsil islahatları universitet müəllimlərini küçələrə atdıracaq. Vaxtilə böyük ideallardan dəm vuran, Paşinyan hələ də ölkədə heç bir korrupsiyalı məmurun məhkum edilməsinə nail ola bilməyib. Ölkənin xarici borcu bu gün də şişməkdə davam edir, heç bir investisiya axını yoxdur, yeni iş yerlərinin açılması barədə deylənlər hələ də reallıqdan çox uzaqdır.
Məhz bu mənada dövlət rəhbəri xalqa özünü demokratik göstərmək üçün küçə süpürməli deyıl, daha ciddi işlərlə məşgul olmalıdır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
18.07.2019
Xalqımızın əxlaqi və mənəvi dəyərlərinə zidd olan mühacirlər...
11.07.2019
Paşinyanın reytinqi 53 faizə enib
09.07.2019
Əli Kərimli xaricdən göstəriş aldığını etiraf etdi...
03.07.2019
Erməni ekspert: “Ermənistan iqtisadiyyatı dəhşətli vəziyyətdədir”
02.07.2019
Paşinyan hökuməti əhalinin gözləntilərini doğrulda bilmədi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info