Keçmiş prezident evini 80 dollara kirayəyə verir
Tarix: 24.03.2019 | Saat: 21:00:00 | E-mail | Çapa göndər


Gürcüstanın sabiq prezidenti şəxsi kottecini günü 80 dollardan kirayəyə verir. Sabiq prezident kottecin kirayəçilərinə həyətdə yetişdirdiyi meyvə-tərəvəzlərdən də dadmağı təklif edir. Bu barədə "Sputnik-Gürcüstan" məlumat yayıb.
Məlumatda bildirilir ki, G.Marqvelaşvili kotteci iki il əvvəl özü tikib. Kottec sabiq prezidentin ailəsinin yaşadığı bağdakı evinin yaxınlığında yerləşir. Evdəki mebellərin çoxunu da məhz G.Marqvelaşvili özü hazırlayıb.
Kotteci turistlərə icarəyə vermək ideyası eks-prezidentin xanımına məxsus olub.
Kottecin bir günlük kirayə haqqı 80 dollardır.
G.Marqvelaşvili prezident müddəti başa çatandan sonra Gürcüstan İnstitutunda siyasət mövzusunda mühazirə oxuyur.
Arzu edənlər "Airbnb" xidməti üzərindən bu evi kirayələyə bilərlər. Artıq ilk qonaqlar sifarişlərini veriblər. Bu ayın sonunda fransalı turistlər sabiq prezidentin qonağı olacaqlar.




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
Yaponiyada əfsanəvi “Mitsubishi Pajero” avtomobilinin dövrü başa çatır
23.04.2019
Həbsxanadan qaçan məhbus vətəndən ötrü darıxdığına görə polisə təslim olub
20.04.2019
Tədqiqatçılar Everestin hündürlüyünü yenidən ölçəcəklər
20.04.2019
Türkiyədə 1300 illik tarixi olan kitab ələ keçirilib
20.04.2019
Dünyanın ən yaxşı universitetlərinin adları açıqlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info