Saxta balın fəsadları
Tarix: 24.03.2019 | Saat: 21:03:00 | E-mail | Çapa göndər


Bal 40-dan çox növü olan, çoxlu sayda mineral və vitaminlərlə zəngin olan, saysız-hesabsız müalicəvi xüsusiyyətləri özündə daşıyan qida məhsuludur.
Milli.Az-ın Qida Təhlükəsizliyi Agentliyinin apardığı araşdırmalara istinadən verdiyi məlumata görə, balın rəngi və dadı tərkibindəki çiçək və otlardan asılı olaraq dəyişir. Tərkibində 13-20% su, 80%-dən çox karbohidrat, 0.4% zülal, 0.3% kül var. Bundan başqa, üzvi turşular, fermentlər, mineral və vitaminlərlə də zəngindir. Bal dadlandırıcı və qoruyucu kimi qənnadı sənayesində və müalicə məqsədilə istifadə olunur. Balın sağlamlığa faydalarını saymaqla bitməz. Aparılan tədqiqatlar nəticəsində müəyyən olunub ki, bal insan orqanizminə müsbət təsir göstərir, həmçinin bir çox xəstəliyin qarşısını alır.

Bəzən balın tərkibində bakteriya, kif və maya göbələklərinə də rast gəlinir. Bu mikroorqanizmlərin miqdarı balın keyfiyyəti və təhlükəsizliyinə təsir edir. Xoşbəxtlikdən bakteriya və mikrobların çoxu balda böyüyə və çoxala bilmir, lakin spor əmələgətirən mikroorqanizmlər (Bacillus cereus, Clostridium perfringens) balda uzun müddət yaşaya bilərlər.

Saxta balın bir sıra orqanoleptik xüsusiyyətləri təbii balla oxşar olsa da, arılar tərəfindən istehsal olunan təbii balın tərkibində olan fermentlər, çiçək tozu və dekstrinlər süni balda yoxdur. Saxta bal hazırlanarkən şəkərli məhsul (yemiş, qarpız, şəkər qamışı və şəkər çuğunduru), təbii (dazı otu, çay dəmləməsi, zəfəran), yaxud süni rəngləndiricilər istifadə olunur. Hazırlanmış süni balın dadının təbii bala uyğunlaşdırılması üçün az miqdarda təbii baldan istifadə olunur.

Aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, təbii bal və şəkəri ayıran çox mühüm fərqlər var. Şəkər həzm sistemində parçalanaraq qana keçir, lakin təbii bal parçalanmadan sürətli şəkildə qana qarışa bilir. Beləliklə, bal insan orqanizminin ən yüksək dərəcədə faydalana biləcəyi qida məhsuludur. Lakin süni bal sırf şəkərdən hazırlandığından insan orqanizminə bir sıra fəsadlar törədə bilər.

Şəkər orqanizmdə qaraciyər tərəfindən metabolizə edilir, bu da qaraciyərin bəzi funksiyalarının pozulmasına və daha çox fəaliyyət göstərməsinə gətirib çıxarır. İnsanın aktiv həyat tərzi keçirməməsi və normadan artıq şəkər qəbul etməsi aşağıdakı bir çox xəstəliklərə səbəb ola bilər:

- Xərçəng hüceyrələrinin yaranması;
- Qaraciyər piylənməsi;
- Depressiya və psixi pozğunluqlar;
- Diabet xəstəliyi;
- Normadan artıq çəki;
- Damar tıxanıqlığı;
- Uşaqlarda böyümə hormonlarının ifrazının ləngiməsi və orqanizmin hormonal balansının pozulması;
- Uşaqlarda diqqət dağınıqlığı;
- Dişlərin çürüməsi və buna bağlı böyrək və bağırsaq iltihablanmaları;
- Orqanizmin immun sisteminin zəifləməsi.
Bütün bunları nəzərə alaraq istehlakçılar yalnız təbii baldan istifadə etməlidir. Lakin saxta balı təbii baldan qoxusuna, rənginə və dadına baxaraq istehlakçıların ayırd edə bilməsi mümkün deyil. Bunu ancaq laborator müayinələr nəticəsində mütəxəssislər ayırd edə bilər.




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
Yaponiyada əfsanəvi “Mitsubishi Pajero” avtomobilinin dövrü başa çatır
23.04.2019
Həbsxanadan qaçan məhbus vətəndən ötrü darıxdığına görə polisə təslim olub
20.04.2019
Tədqiqatçılar Everestin hündürlüyünü yenidən ölçəcəklər
20.04.2019
Türkiyədə 1300 illik tarixi olan kitab ələ keçirilib
20.04.2019
Dünyanın ən yaxşı universitetlərinin adları açıqlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info