Suriyanın 70 faizdən çoxu tamamilə məhv olub
Tarix: 25.07.2013 | Saat: 23:37:00 | E-mail | Çapa göndər


Azad Suriya Ordusunun rəsmisi:
“Qərb ölkələrinin Suriya inqilabına hərbi yardım edəcəyinə ümidimi
tamamilə itirmişəm”


“Suriya Rusiya və İrandan on gündən bir 400 ton hərbi sursat alır”. Bu barədə Azad Suriya Ordusunun Baş Qərargah rəisi Səlim İdris bildirib. Onun sözlərinə görə, Bəşər Əsədin bəzi cəbhələrdə irəliləyişə nail olmasının səbəbi xarici qüvvələrin müdaxiləsidir: “Əlimizdə Yəmən, Pakistan və Əfqanıstandan gələnlərin Suriya rejimi ilə birlikdə bizə qarşı döyüşdüklərinə dair məlumatlar var.

Bundan əlavə, Əsəd rejimi İran və Rusiyadan külli miqdarda silah-sursat dəstəyi alır. İrandan hərbi sursatla dolu qalxan sərnişin təyyarələri Hama və Şamdakı hava limanlarına enir və ardından da Lazkiyədəki Humeymimi, Hələb və Dəyruz Zor hava limanlarına uçaraq həmin bölgələri təmin edir”. S. İdris deyib ki, “Hizbullah” döyüşçüləri əsasən Şam şəhərinin ətrafında Hələb və Dəyruz Zor kimi müxtəlif bölgələrdə döyüşür: “Ancaq onlar daha çox Livanla sərhəddəki Kusayrdadır. “Hizbullah” Livan-Suriya sərhədindən daxil olarkən, iraqlı şiələr də İraq-Suriya sərhədindəki ət-Tənf sərhəd qapısından daxil olurlar. Yəmən, Pakistan və Əfqanıstandan olan döyüşçülər isə İranın silah daşıyan sərnişin təyyarələri ilə hava yolu ilə gəlir. Bundan başqa, Tartus limanına silah-sursat daşıyan Rusiya yük gəmiləri də çox vaxt Beyrut limanına yan alaraq oradan “Hizbullah” döyüşçülərini dəniz yolu ilə Tartusa gətirir. Bizim döyüş meydanlarında qarşılaşdıqlarımızın böyük əksəriyyəti “Hizbullah” döyüşçüləri və iranlı qruplarıdır”. O, Qərb ölkələrindən Suriya inqilabına silah-sursat və hərbi yardım gəlməsi məsələsində ümidini tamamilə itirdiyini də vurğulayıb: “Suriyadakı inqilabçı qardaşlarıma bütün səmimiliyimlə bunu söyləmək məcburiyyətindəyəm. Ölkənin 70 faizdən çoxu tamamilə məhv olub. Həlak olanların sayı 160 mindən çoxdur, 3 milyondan çox suriyalı qonşu ölkələrə sığınıb, 5 milyonu başqa yerlərə köçüb”. S.İdris PKK-nın Suriyada qolu olan Demokratik Birlik Partiyasının (PYD ) son günlərdə Rəsulayn mahalı və ətrafında artan hücumlarını da qiymətləndirib: “Rəsulayn sərhəd qapısının ələ keçirilməsi qarşısında səssiz qalmayacağıq. Rəsulaynda və bütün bölgələrdə döyüşəcəyik. Rejim gücləri ilə yanaşı PYD ilə döyüşmək məcburiyyətində qalsaq belə, heç bir sərhəd qapısında güzəştə getməyəcəyik”.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
Birlәşmiş Millәtlәr Tәşkilatı Suriya mәsәlәsi ilә bağlı xәbәrdarlıq edib
20.02.2019
Avstraliyadakı quraqlıq uşaqların psixi inkişafına mənfi təsir göstərir
20.02.2019
Hindistan da “Kalaşnikov“ buraxacaq
19.02.2019
İtaliyanın keçmiş baş nazirinin valideynləri ev dustaqlığına məhkum olunublar
19.02.2019
Çin kosmosda günəş elektrostansiyası tikəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10607

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info