İsveçdə “Tumurcuq” adlı Azərbaycan teatrı fəaliyyətə başlayıb
Tarix: 25.03.2019 | Saat: 20:38:00 | E-mail | Çapa göndər



İsveçin paytaxtı Stokholmda, burada yaşayan gənc azərbaycanlılardan ibarət “Tumurcuq” adlı teatr fəaliyyətə başlayıb.
AZƏRTAC xəbər verir ki, yeni teatrın fəaliyyətə başlamasına həsr olunmuş tədbirdə, ölkəmizin İsveç Krallığındakı səfirliyinin əməkdaşları, İsveçdə yaşayan diasporamızın fəalları və İsveç ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
“Tumurcuq” teatrının bədii rəhbəri Sevinc Nəzərova yeni yaradılmış teatrın mahiyyəti və qarşıya qoyulan məqsədlər barədə məlumat verərək, gələcək planlardan söz açıb. O qeyd edib ki, yeni teatr vətəndən uzaqda, İsveçdə yaşayan azərbaycanlı gəncləri və uşaqları milli mədəniyyətimizlə yaxından tanış etməklə yanaşı, yerli İsveç ictimaiyyətinə Azərbaycan incəsənəti və mədəniyyətini tanıtmağa köməklik göstərəcək. Teatrın İsveçdə artıq fəaliyyət göstərən türk teatrı ilə əməkdaşlıq etdiyini və diasporumuz tərəfindən dəstək aldığını bildirən Sevinc Nəzərova, məşqlərin hər həftə keçiriləcəyini və yeni təkliflərə açıq olduqlarını bildirib.
İsveçdəki Türk teatrının rəhbəri və rejissoru Burcu Ada Soysop, yaradılan yeni teatrın əhəmiyyətini qeyd edərək, bu münasibətlə tədbir iştirakçılarını təbrik edib. O, İsveçdə ilk türk teatrının 50 il öncə yaradıldığını vurğulayıb.
Sonra “Tumurcuq” teatrının gənc aktyorları tədbir iştirakçılarına təqdim olunub. Çıxış edən gənc aktyorlar belə bir teatrın fəaliyyətə başlamasına görə, minnətdarlıqlarını bildirərək burada ana dilini və milli mədəniyyətimizi daha yaxşı tanımağa şəraitin yaradıldığını vurğulayıblar.




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
Xaricdə Azərbaycan mədəniyyətini təbliğ edən şairəmizin kitabı nəşr olunub
23.04.2019
Özbəkistanda keçirilən “Ənənəvi təsviri incəsənət festivalı“nda Azərbaycan milli stendi təqdim olunub
23.04.2019
Musiqili Teatrda həftəsonu üç tamaşa göstəriləcək
23.04.2019
Timur Əsgərov “Cəvahirat” baletində çıxış edəcək
22.04.2019
Yaxşı ki bunları görmədi Nəsimi!

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info