“Təhsilə, elmə, mədəniyyətə həmişə xüsusi diqqət ayrılmalıdır”
Tarix: 25.07.2013 | Saat: 23:42:00 | E-mail | Çapa göndər


Layihə çərçivəsində müsahibimiz C.Cabbarlı adına Respublika Gənclər kitabxanasının direktoru Tahir Sadıqovdur:

-Azərbaycan xalqı həmişə özünün yüksək kitab mədəniyyəti ilə seçilib və çox zəngin kitabxanaları ilə tanınıb. Bu kitabxanalarda qorunub saxlanılan istər əlyazmaları, istərsə də müxtəlif elm sahələrinə aid ədəbiyyatlar xalqın maariflənməsinə xidmət göstərib, geniş oxucu kütlələrinə elmi yardımçı olub. C.Cabbarlı adına Respublika Gənclər kitabxanası bu istiqamətdə fəaliyyətini davam etdirir. Son dövrlər kitabxanada bir sıra tədbirlər həyata keçirmişik. Bunlardan biri kimi 8 may 2013-cü il tarixdə Şuşa rayonunun işğalı münasibəti ilə “İtirilmiş cənnət” mövzusunda anım günü keçirildi. Tədbir Qarabağ uğrunda döyüşlərdə həlak olanların ruhlarının bir dəqiqəlik sükutla yad edilməsindən sonra başladı. Anım günündə kitabxananın rəhbəri kimi 1992-ci il may ayının 7-dən 8-nə keçən gecə erməni silahlı dəstələrinin böyük hərbi qüvvə ilə Şuşaya hücumundan, heç bir müdafiə tədbiri görülmədiyi üçün təbii istehkam, alınmaz qala, Azərbaycanın qədim mədəniyyət mərkəzinin düşmən əlinə keçməsi barədə məlumat verdim. Şuşa hər bir azərbaycanlının qan yaddaşının silinməz səhifəsi, əsrarəngiz, ecazkar mədəniyyətimizin parlaq rəmzi, milli azərbaycanlı ruhunun təcəssümü idi. Şuşanın işğalı milli varlığımıza vurulan ən sağalmaz yaradır. Artıq 21 ildir ki, Şuşa Azərbaycanın olsa da, Azərbaycan Şuşasızdır. Tədbirdə “Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyi Cəmiyyəti”nin sədri T.Əlizadə, tarix üzrə fəlsəfə doktoru N.Məmmədov, şair, publisist Q.İlqar, İdarəetmə və Texnologiya kollejinin direktor müavini İ.Əliyeva, tələbə-gənclər təşkilatının sədri N.Ələkbərli, 175 saylı orta məktəbin müəllimi T.Həsənova, Azərbaycan Dövlət Tibb Kollecinin tələbələri iştirak etdilər.
Digər tədbirlərimizə gəldikdə 27 may-1 iyun 2013-cü il tarixlərində C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Şəhər (rayon) Mərkəzi kitabxanalarının elektron kataloq və elektron kitabxanalarında əlavə və dəyişikliklərin edilməsi” ilə əlaqədar təlim keçirilib.
- Kitabxanada yazıçıların, şairlərin həyat və fəaliyyəti ilə bağlı tədbirlər keçirilirmi?
- Bəli kitabxanada bu ənənə davam etdirilir. Belə tədbirlərdən biri kimi l4 iyun 2013-cü il tarixdə Abşeron rayonu Saray qəsəbəsindəki 1 saylı orta məktəbin müəllimi M.Əmirovanın təşəbbüsü ilə şair İlyas Tapdığın anadan olmasının 80, ədəbi fəaliyyətinin 60 illiyi münasibəti ilə “Poeziyanı ömür yolu seçdim” adlı görüş keçirildi. Tədbiri giriş sözü ilə mən açdım və şair İlyas Tapdığın həyatı, ədəbi fəaliyyəti haqqında geniş məlumat verərək qeyd etdim ki, 1934-cü ildə Azərbaycanın Gədəbəy rayonunda anadan olan görkəmli ədəbiyyat xadimi yaradıcılığa 1952-ci ildən başlayıb. “Kəndimizin çobanı”, “Bulaq başında”, “Xumar” kitablarını kənd mühitinə, doğma yurdun təbii gözəlliklərinə həsr edib. 1960-1970-ci illərdən sonra isə uşaq poeziyasına daha çox meyil göstərib, kitablarının əksəriyyətini uşaq aləminə həsr edib. Bu cəhətdən onun “Adxalı dağlar”, “Çimnaz oynayır”, “Bir gülün qönçəsi”, “Meşənin mahnısı”, “Çiçəklərim” və sair kitabları çox səciyyəvidir. Lirik şair olan İ.Tapdığın uşaq şerlərinin başlıca mövzusu təbiət aləmidir. Təbii ki, bu istiqamətdə tədbirlərimiz davam edəcək.
- Kitabxananın modernləşməsi istiqamətində hansı tədbirlər həyata keçirilir?
- Bu istiqamətdə tədbirlərdən biri kimi 6 - 8 iyun 2013-cü il tarixlərində C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Mərkəzi kitabxanaları veb saytlarının modernləşdirilməsi” ilə əlaqədar təlim keçirilib. Təlimdə Xaçmaz, İmişli, Göygöl, Tovuz, Qubadlı, Zərdab və s. rayonların Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin aparıcı mütəxəssisləri iştirak ediblər. Təlim bütövlükdə veb dizayn və saytların modernləşdirilməsinə həsr olunmuşdu. Təlimdə də müasir dövrdə kitabxana sahəsində yaşanan yeniliklərdən, danılmaz inkişaf nümunələrindən bəhs edərək bu yeniliklərdən birinin və demək olar ki, ən mühümlərindən birinin veb saytlar olduğunu qeyd etdim. Kitabxananın şəxsi “www.ryl. az veb” səhifəsindən bəhs edərək bu saytın yaranma tarixi barədə məlumat verdim və saytların müasir gündəmdə qalması, oxunaqlı olması üçün onların daim yenilənməsinin, yeni məlumatlar ilə zənginləşdirilməsinin zəruriliyini vurğuladım.
Üç gün davam edən təlim rayon MKS-lərinin mütəxəssislərinə veb saytlarının müasir tələblərə cavab verməsi üçün zəruri olan aspektlər açıqlandı, saytlarda hansı əlavə link və məlumatların yerləşdirilməsinə dair geniş informasiya verildi.
Sonda təlim iştirakçıları sertifikat ilə təltif edildilər.
Bundan başqa Prezidentin 2008-ci il 6 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” nın Tədbirlər Planının müvafiq bəndində nəzərdə tutulan Azərbaycan kitabxanalarının beynəlxalq əlaqələrinin inkişafı, kitabxana-informasiya sahəsinin zəruri istiqamətləri üzrə tədbirlərin icrası ilə əlaqədar cari ilin 8-16 iyun tarixlərində Ukraynaın, Krım vilayətinin Sudak şəhərində keçirilən “Kitabxanalar və informasiya resursları müasir aləmdə, elm, mədəniyyət, təhsil və biznes - 20-ci Beynəlxalq Konfrans” da iştirak etdim.
- Son tədbirləriniz əsasən hansı mövzuları əhatə edib?
- 13 iyun 2013-cü il tarixdə “Azadlığın sədası- milli qurtuluş” adı altında 15 iyun Milli Qurtuluş Günü münasibəti ilə dəyirmi masa keçirildi. Tədbir Azərbaycanın suverenliyi uğrunda həlak olanların əbədi xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra başladı. Tədbiri kitabxananın elmi işlər üzrə direktor müavini X.Musayeva açaraq qeyd etdi ki, Azərbaycanın ən yeni tarixinin mühüm mərhələlərindən biri 1993-cü ilin hadisələri ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayının 15-də Azərbaycanda siyasi hakimiyyətə xilaskar missiyalı qayıdışı bizi milli müstəqilliyimizi itirmək təhlükəsindən xilas etdi. Bununla da ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başladı. Heydər Əliyev Azərbaycan dövlətçiliyinin möhkəm təməlini qoyması ilə milli müstəqilliyin inkişaf vektoruna dönməzlik xarakteri verdi. Azərbaycanın dövlət müstəqilliyi hər cür daxili və xarici təhdidlərdən qurtardı. Ulu öndərin qurub-yaratdığı, müstəqilliyə qovuşdurduğu Azərbaycan hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf edir, qarşıya qoyduğu bütün məqsədlərinə doğru inamla addımlayır.
Digər bir tədbirimiz kitabxanada 29 iyun 2013-cü il tarixdə “AQRA”- Elmin İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə “Elmə, təhsilə, mədəniyyətə dəstək” mövzusunda dəyirmi masa keçirildi. Burada kitabxananın çoxsaylı oxuculara xidmətindən, elektron kataloq sistemindən, elmin, təhsilin inkişafında istiqamətverici rolundan danışandan sonra “AQRA” Elmin İnkişafına Dəstək İctimai Birliyinin Azərbaycanın hərtərəfli, çoxşaxəli tarixinin, etnoqrafiyasının , mədəniyyətinin, elmin dərindən və hərtərəfli öyrənilməsi, bunları bilməyimiz və dünyaya çatdırmağımız məqsədilə yaradılmasını bildirdi. Ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycan dünyaya günəş kimi doğacaq” ideyasını reallaşdırmaq məqsədilə “AQRA” Elmin İnkişafına Dəstək İctimai Birliyinin prioritet saydığı “Elm elmdədir.Tədqiqat, araşdırma, nəticələr elmdədir, bəşəriyyət elm əhatəsindədir” devizini əsas tutduğunu bildirdi. Tədbirdə Ə.Ağayev adına Naxçıvan şəhər internat məktəbinin direktoru M.Kələntərli, müəllimlər Ə.Musayeva, K.Ağayeva, Q.Tarıverdiyeva, Ü.Hacıyev, məzunlardan Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin professoru Ə.Rəsulov, “AQRA” EİDİB- in sədri M.Seyidov, “Aztelekom” İstehsalat Birliyinin mühəndisi İ.Hətəmov, Azərbaycan Televiziyasının diktoru E.Bayramov, xalçaçı rəssam M.Bayramova, şairə M.Şahbuzlu, “Zirvəyə doğru” jurnalının baş redaktoru Z.Paşayeva, “Hərbi and” qəzetinin şöbə müdiri İ.Əsədova, 82 saylı məktəbin müəllimi Z.Hacıyeva, hərbçi Ə.Qəhrəmanov və digər qonaqlar iştirak etdilər. M.Kəngərli təhsilə verilən diqqətdən, uzun illər internat məktəbə etdiyi rəhbərlikdən, müəllim-şagird münasibətlərindən söhbət açdı. M.Seyidov təhsilin dünəni, bu günü haqda çıxışında qeyd etdi ki, yüksək biliyə yiyələnmək harada təhsil almasından asılı olmayaraq hər bir insanın öz əlindədir. Naxçıvan şəhəri internat məktəbi də yüksək bilik, elm, əxlaqi dəyərlər vermək baxımından çox diqqətəlayiqdir. Təhsilə, elmə, mədəniyyətə həmişə xüsusi diqqət ayrılıb ki, yetişən gənc nəsil də vətənə layiqli, xalqa arxa övlad olsun. Kitabxanada bundan sonra da yeni tədbirlər keçirilməsi nəzərdə tutulur.
Nigar Abdullayeva





 
Bölməyə aid digər xəbərlər
04.06.2020
Atəşkəs dövründə 34 uşaq erməni terrorunun qurbanı olub
02.06.2020
“Qarabağ savaşı yüz minlərlə uşağı insani şərtlərdə böyümək haqqından məhrum etdi”
01.06.2020
“Fransa Dağlıq Qarabağ münaqişəsində status-kvonun uzadılması ilə bağlı hər hansı bir istəyə qarşıdır”
21.05.2020
“Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
18.05.2020
Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info