Mayk Pompeo vә Sergey Lavrov arasında telefon danışığı olub
Tarix: 26.03.2019 | Saat: 13:48:00 | E-mail | Çapa göndər



Bu barәdә ABŞ Dövlәt Departamentinin mәtbuat katibi Robert Palladino mәlumat verib.


Mayk Pompeo vә Sergey Lavrov arasında telefon danışığı olub.
Bu barәdә ABŞ Dövlәt Departamentinin mәtbuat katibi Robert Palladino mәlumat verib.
Mәlumata görә, Amerika Birlәşmiş Ştatlarının dövlәt katibi Mayk Pompeo söhbәt zamanı rusiyalı hәmkarı Sergey Lavrovdan Venesuelaya әlavә hәrbi qüvvә göndәrmәmәlәrini xahiş edib.
Görüşlә bağlı yazılı açıqlama verәn Robert Palladino deyib: ‘‘Rusiyanın Nikola Maduronun qeyri-qanuni rejimini dәstәklәmәk üçün buraya göndәrdiyi hәrbçilәr müvәqqәti prezident Xuan Quaidonu dәstәklәyәn Venesuela xalqının qayğılarını artıracaq. Mayk Pompeo Rusiyaya qeyri-konstruktiv addımlarına son vermə və Venesuela xalqı üçün daha parlaq gələcək istəyən digər ölkələrə qoşulması ilә әlaqәdar çağırış edib’’.
Rusiyanın hәrbi tәyyarә ilә Venesuelaya 100-dәn çox әsgәr vә 35 ton tibbi vәsait göndәrdiyi iddia edilmişdi.
Qeyd edәk ki, Xuan Quaido özünü "müvəqqəti prezident" elan etdikdən sonra Avstraliya, Kanada, Kolumbiya, Peru, Ekvador, Paraqvay, Braziliya, Çili, Panama, Argentina, Kosta Rika və Qvatemala onu tanımışdılar. Avropa Parlamenti dә Xuan Quaidonu tanıdığını elan etmişdi.
Ancaq Meksika, Türkiyə, Rusiya, Kuba, Çin və Bolivya Venesuela prezidenti Nicolas Maduro hökumətinə dəstək verdiklərini elan etmişdilər. Maduro da cərəyan edən hadisələrə cavab olaraq ticari əlaqələr istisna olmaqla ABŞ ilə diplomatik və siyasi münasibətlərə son qoyduğunu açıqlamışdı.




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
Şri-Lanka hadisələrini DAEŞ boynuna götürdü, amma...
23.04.2019
İŞİD Şri-Lankadakı partlayışlara görə məsuliyyəti üzərinə götürüb
23.04.2019
Hitler Argentinaya qaçıb: FTB gizli sənədləri açıqlayıb
23.04.2019
Şri-Lankada partlayışlarda ölənlərin sayı 310-a çatıb
23.04.2019
Nigeriyada polis avtomobili insanların üzərinə sürüb: 8 ölü, 30 yaralı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info