Yumurta idxalına ehtiyac yoxdur
Tarix: 25.07.2013 | Saat: 23:44:00 | E-mail | Çapa göndər


Azərbaycanda sənaye quşçuluğu sahəsində yumurta istehsalının həcmi 37,8% artıb. Bununla yanaşı, ölkədə adambaşına illik 235 yumurta istehlak olunur.
Kənd Təsərrüfatı Nazirliyi Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Çingiz Fərəcovun verdiyi məlumata görə, hazırda Azərbaycanın xaricdən yumurta idxal etməsinə heç bir ehtiyac yoxdur və ölkə yerli istehsal hesabına daxili tələbatı tam həcmdə ödəmək iqtidarındadır. «Lakin buna baxmayaraq, hazırda respublikanın anbarlarında, fermer təsərrüfatlarında ümumilikdə 16 mln. ədəd yumurta yığılıb qalıb. Sahibkarların onun satışında müəyyən çətinliklərlə üzləşməsinə baxmayaraq, Azərbaycana xaricdən yumurta gətirilir. Hesab edirik ki, həm quş əti, həm də yumurtanın idxalının məhdudlaşdırılması istiqamətində tədbirlər görülməlidir» - deyə Ç.Fərəcov bildirib. Qeyd edək ki, Azərbaycana damazlıq yumurta əsasən Türkiyə, İran, Çexiya və Bolqarıstandan gətirilir. Belə ki, bu ilin yanvar-iyun aylarında Azərbaycana 160 268 832 ədəd damazlıq yumurta gətirilib.




 
Bölməyə aid digər xəbərlər
05.06.2020
Azərbaycan və Fransa şirkətləri 4 sektorda əməkdaşlıq imkanlarına malikdir
05.06.2020
Prezident İlham Əliyev hər zaman Ermənistanın faşist, terrorçu mahiyyətni ifşa edib
05.06.2020
Azərbaycanda pambıq istehsalının artımı planlaşdırılır
04.06.2020
Abşeron Dairəvi dəmir yolu xəttinə əlavə qatarlar buraxılıb
04.06.2020
Avtomobil bazarında son durum - Pandemiyanın qiymətlərə təsiri

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info