Oqtay Əsədov İran prezidentinin andiçmə mərasimində iştirak edəcək
Tarix: 25.07.2013 | Saat: 23:49:00 | E-mail | Çapa göndər


Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov İran parlamentinin deputatı Mirqismət Musəvi Əsl ilə görüşüb.
Görüşdə iranlı deputat iki ölkənin parlamentləri arasında əlaqələrin vacib olduğunu bildirib: “İki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün parlamentlərarası dostluq qrupları önəmli rola malikdir”. M.Musəvi Əsl İranla Azərbaycan arasında xeyli tarixi, mədəni və dini ortaqlıqların olduğunu söyləyib: “Sərhədyanı vilayətlər başda olmaqla iki ölkə arasında ticarət və iqtisadiyyat sahəsində əməkdaşlıq ikitərəfli əməkdaşlığın genişlənməsində vacibdir. Ancaq İranla Azərbaycan arasında əməkdaşlığın daha da genişlənməsi üçün yaranmış imkanların reallaşmasına mane olacaq amillər aradan qaldırılmalıdır”. C.Axundov isə öz növbəsində İranla ticarət və iqtisadiyyat sahəsində əməkdaşlığın genişlənməsini müsbət qarşıladığını deyib. Səfir Milli Məclisin sədri Oqtay Əsədovun İranın yeni prezidenti Həsən Ruhaninin avqustun 4-də ölkə parlamentində keçiriləcək andiçmə mərasimində iştirak edəcəyini açıqlayıb: “Bu səfər müxtəlif əməkdaşlıqların, o cümlədən iki ölkənin parlamentləri arasında əməkdaşlığın inkişafında önəmli rol oynayacaq”.




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“Türk ocağı” Azərbaycanda bərpa olundu
21.09.2019
Bakı dünyanın 60 ən təhlükəsiz şəhəri sırasındadır
21.09.2019
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq
20.09.2019
“Selcanın bütün dedikləri doğrudur“-Fuad Qəhrəmanlının ikinci qızı
20.09.2019
İçi dərmanla dolu 4 anbar aşkarlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


22.09 17:45
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info