Hindistan görüşləri
Tarix: 28.03.2019 | Saat: 17:38:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Cəvahirləl Nehru adına Hindistan Dövlət Universitetinin dəvəti ilə bu ölkədə səfərdə olub.
Azərbaycan Respublikasının Hindistandakı səfiri Əşrəf Şıxəliyevlə görüşlərdə Azərbaycan-Hindistan əlaqələrinin aktual məsələləri müzakirə edilib. Cəvahirləl Nehru adına Hindistan Dövlət Universitetinin vitse-kansleri, professor M.Caqadeş ilə görüş zamanı bu elmi-tədqiqat və ali təhsil qurumu ilə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu arasında qarşılıqlı əlaqələrə dair əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilədə Cəvahirləl Nehru adına Hindistan Dövlət Universitetində Azərbaycanşünaslıq, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda isə Hindistanşünaslıq mərkəzlərinin yaradılması, Cəvahirləl Nehru Universitetində yeni açılmış “Türk dili və ədəbiyyatı” ixtisasında “Azərbaycan dili və ədəbiyyatı” fənninin proqrama daxil edilməsi və tədrisi, birgə elmi konfransların keçirilməsi, elmi jurnalların mübadiləsi və sair məsələlər nəzərdə tutulur. Cəvahirləl Nehru Universitetinin rektoru, professor Çintamani Mahapata və Beynəlxalq Münasibətlər İnstitutunun Baş direktoru, professor Çita Bamezai ilə keçirilmiş görüşlərdə isə ikitərəfli elmi əməkdaşlığın həyata keçirilməsi haqqında müzakirələr aparılıb.
Akademik İsa Həbibbəyli Cəvahirləl Nehru Universitetinin Beynəlxalq Əlaqələr İnstitutunda “Azərbaycan-Hindistan ədəbi-mədəni əlaqələri” mövzusunda mühazirə oxuyub. O, eyni zamanda “Türk dili və ədəbiyyatı” ixtisasının professor-müəllim heyəti və tələbə kollektivi qarşısında “Azərbaycan ədəbiyyatının inkişaf mərhələləri və əsas yaradıcıları” mövzusunda dərs keçib. Cəvahirləl Nehru Universitetində təşkil olunmuş Novruz konfransında da akademik İsa Həbibbəylinin çıxışı maraqla qarşılanıb.
Cəvahirləl Nehru Universitetinin vitse-kansleri, professor M. Caqadeş Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna dəvət olunub. Hindistan Mədəniyyət Fondunun əməkdaşı Doqra və Cəvahirləl Nehru Universitetinin “Türk dili və ədəbiyyatı” kafedrasının müdiri, professor Gous Mashkoor Khan səfərin təşkilində yaxından iştirak ediblər.
Səfər çərçivəsində akademik İsa Həbibbəyli görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin Hindistanda ən böyük davamçısı, hind ədəbiyyatının klassiki Əmir Xosrov Dəhləvinin məzarını və məşhur Tac Mahal məbədgahı kompleksini ziyarət edib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
29.05.2020
Ali məktəblərə ərizə verən abituriyentlərin sayı açıqlanıb
28.05.2020
AzTU-nun televiziya studiyası onlayn imtahanlarla bağlı videoçarx hazırlayıb
28.05.2020
Dövlət İmtahan Mərkəzi Direktorlar Şurası onlayn iclas keçirib
27.05.2020
“28 May - Azərbaycan tarixinin şanlı səhifəsi”
27.05.2020
Azərbaycanda buraxılış imtahanlarının keçirilməsinə başlanılır

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
4 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
5 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info