“Bakcell” Gəncə şəhərində təşkil edilmiş Novruz şəhərciyinin baş sponsoru olub
Tarix: 28.03.2019 | Saat: 19:00:00 | E-mail | Çapa göndər


Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi “Bakcell” ölkəmizdə Novruz bayramı münasibətilə keçirilmiş ümumxalq şənliklərdə aktiv iştirak edib. Şirkət Gəncə şəhərində təşkil edilmiş böyük “Novruz şəhərciyinin” baş sponsoru olub. Bayram günlərində Gəncənin Heydər Əliyev meydanında salınmış böyük “Novruz şəhərciyində” hündürlüyü 4,5 metr olan nəhəng səməni quraşdırılmış, gün ərzində şəhərciyə gələn qonaqları isə Novruz bayramının əsas atributları olan Kosa, Keçəl və Bahar qızı qarşılayıblar. Şəhərcikdə müxtəlif milli məhsullarının nümayişi və satışı həyata keçirilib, qonaqların və xüsusi olaraq uşaqların asudə vaxtının maraqlı təşkili üçün müxtəlif attraksionlar quraşdırılıb. Novruz şəhərciyində həmçinin Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə konsert proqramları təqdim olunub. “Novruz şəhərciyi” Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi, Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Gəncə Regional Mədəniyyət idarəsinin və “Gənclənd” ailəvi-istirahət kompleksinin təşkilatçılığı ilə salınıb. “Bakcell” şirkəti Azərbaycanın milli dəyərləri və mədəni sərvətlərinə bağlılığını bir daha nümayiş etdirərək bayram günlərində Gəncə şəhərində təşkil edilmiş böyük “Novruz şəhərciyinin” baş sponsoru olub. Şəhərcikdə quraşdırılmış “Bakcell” stendinə gələn qonaqları və xüsusi olaraq uşaqları müxtəlif sürprizlər, əyləncələr və maraqlı hədiyyələr gözləyirdi. Həmçinin burada, qonaqlar “Bakcell”in məhsul və xidmətləri barədə məlumat əldə etmək və pulsuz mobil nömrə almaq imkanına malik olublar. Xatırladaq ki, “Bakcell” şirkəti Novruz bayramında həm Gəncə şəhərində təşkil edilmiş böyük “Novruz şəhərciyinin” həm da “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təşkil edilmiş “Bahar Qalası” festivalının sponsoru olub. “Bakcell” şirkətinin dəstəyiləkeçirilmiş ümumxalq Novruz şənliklərində minlərlə vətəndaş və ölkəmizin qonaqları iştirak edib.




 
Bölməyə aid digər xəbərlər
31.05.2020
Azərbaycanda daha 248 nəfər koronavirusa yoluxdu, 101 nəfər sağaldı, 2 nəfər öldü
31.05.2020
Bu gündən restoran, kafe və çay evləri müştərilərə saat 22:00-dək xidmət göstərəcək
30.05.2020
Azərbaycanda daha 257 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib
29.05.2020
Azərbaycanda daha 230 nəfər koronavirusa yoluxub, 103 nəfər sağalıb, 2 nəfər ölüb
29.05.2020
Restoran, kafe və çay evlərinin iş rejiminə dəyişiklik edilir

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla
3 Qasımbəy yeməyi -VIDEO
4 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
5 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info