ASAN Radioda “Azərbaycan tarixi” adlı layihəyə start verildi
Tarix: 28.03.2019 | Saat: 19:22:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu ASAN Radio ilə birgə “Azərbaycan tarixi” adlı layihə həyata keçirməyə başlayıb. Tarix İnstitutundan verilən məlumata görə, layihə Azərbaycan tarix elmini populyarlaşdırmaq və ictimaiyyəti maarifləndirmək məqsədi daşıyır. Prezident İlham Əliyev Tarix İnstitutunu Azərbaycanda tarix üzrə araşdırmaların mərkəzi adlandırıb. Dövlət başçısının göstərişi ilə Azərbaycan tarix elmi saxtalaşdırmalardan və təhriflərdən təmizlənir. Layihə çərçivəsində tariximiz Azərbaycançılıq məfkurəsinə əsasən buraxılışlar şəklində qədimdən müasir dövrədək ictimaiyyətə təqdim ediləcək. İlk buraxılışlar Azərbaycan xalqına qarşı soyqırımları tarixinə həsr olunub. Ekspert qismində isə Tarix İnstitutunun “Qarabağ tarixi” şöbəsinin müdiri, dosent Güntəkin Nəcəfli çıxış edib. Layihənin baş məsləhətçisi Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovdur. Buraxılışların mətnini hazırlayan araşdırmaçı jurnalist Aida Eyvazlı, redaktoru isə ASAN Radionun baş redaktoru İlkin Kərimovdur. İlk buraxılışın linki: https://www.youtube.com/watch?v=NplMy6k0DuY




 
Bölməyə aid digər xəbərlər
01.06.2020
Nazirlik qəbulu iyunun 15-dək dayandırdı
01.06.2020
Distant Təhsil Tədqiqat İnstitutu yaradılıb
01.06.2020
“Müqəddəs zilhiccə bayramları” kitabı nəşr olunub
01.06.2020
“Viruslar və pandemiya: cari vəziyyət və gələcək və ya ümidlər və reallıq”
01.06.2020
“XVI-XVII əsrlərdə Habsburqlar və Səfəvilərin diplomatik əlaqələri”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Qasımbəy yeməyi -VIDEO
3 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
4 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
5 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info