Ağcabədi rayonunda 54 min 401 nəfər kütləvi tibbi müayinədən yararlanıb
Tarix: 29.03.2019 | Saat: 10:47:00 | E-mail | Çapa göndər



Ölkəmizdə həyata keçirilən əhalinin tibbi dispanserizasiyası çərçivəsində Ağcabədi rayonunda fevralın 12-dən etibarən 11 yaşayış məntəqəsinin sakinləri və 60 idarə-müəssisənin kollektivi olmaqla, 54 min 401 nəfər müayinə edilib.

Ağcabədi Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, sakinlərdən 71 nəfəri ambulator, 43 nəfəri stasionar müalicəyə cəlb edilib, 23 nəfər ixtisaslaşmış tibb müəssisələrinə göndərilib, 16 nəfərin üzərində cərrahiyyə əməliyyatı aparılıb.
Müayinələrin keçirildiyi rayon mərkəzi xəstəxanası ən müasir tibbi avadanlıq və aparatlarla təchiz edilib. Müayinələri əsasən, terapevt, oftalmoloq, nevropatoloq, stomatoloq, kardioloq və digər tibb mütəxəssisləri aparırlar. Vətəndaşlar ehtiyac olduqda kardioqram, ultrasəs, rentgen, laborator müayinələrdən də keçirilir. Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilir. Yüksəkixtisaslı mütəxəssislərdən ibarət həkim briqadası tərəfindən rayonun qəsəbə və kəndlərində də əhalinin tibbi müayinəsi həyata keçirilir.
Ümumilikdə tibbi müayinədən rayonun 46 yaşayış məntəqəsində yaşı 18-dən yuxarı olan 99 min 748 nəfərin keçməsi nəzərdə tutulub.




 
Bölməyə aid digər xəbərlər
31.05.2020
“Bu xəstəlik bir yerdə dayanmır, inkişaf etdikcə əvvəl-axır oynağı tam dağıdır“
30.05.2020
Dodaqda quruluq, çatlar, qızartı, qaşınma nəyin əlamətidir?
29.05.2020
2 yaşına qədər uşaqlara bu 2 məhsulu verməyin!
28.05.2020
Uşağın boğazı ağrıyırsa, ona dondurma verin
25.05.2020
Nəyə görə kişilər acı qırmızı bibər yeməlidir - 5 aydası

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla
3 Qasımbəy yeməyi -VIDEO
4 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
5 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info