“Vikipediya”da Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının yubileyi ilə bağlı məqalələr yerləşdirilib
Tarix: 29.03.2019 | Saat: 12:43:00 | E-mail | Çapa göndər


Martın 28-də Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 100-cü ildönümü tamam olur. Bu əlamətdar tarix Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılması ilə bağlıdır. Artıq 22 ildir ölkəmizin təhlükəsizlik orqanlarının əməkdaşları martın 28-ni peşə bayramı günü kimi qeyd edirlər. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1997-ci il martın 23-də imzaladığı Sərəncamla hər il martın 28-i Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən peşə bayramı kimi qeyd olunur. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən “Vikipediya”da Cümhuriyyət zamanında kəşfiyyat və əks-kəşfiyyat bölməsində, müasir dövrdə isə Azərbaycanın xüsusi xidmət orqanlarında, dövlətçilik tariximizdə ləyaqətlə xidmət edən insanlar haqqında məqalələr yaradılıb. MEK-dən bildirilib ki, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının hərbi qulluqçuları barədə Azərbaycan, türk, ingilis, yunan dillərində 22 məqalə yaradılıb, əsaslı redaktə olunub və xarici dillərə tərcümə edilib. “Azərbaycan Xalq Cümhuriyyəti informasiya şöbəsi”, “Azərbaycan Xalq Cümhuriyyətinin xüsusi xidmət və təhlükəsizlik orqanları”, “Azərbaycan Xalq Cümhuriyyətinin Baş Qərargahının kəşfiyyat və əks-kəşfiyyat bölməsi”, “Azərbaycan Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyi” və digər məqalələrdə təhlükəsizlik orqanlarının fəaliyyəti barədə ətraflı məlumatlar verilib.




 
Bölməyə aid digər xəbərlər
01.06.2020
Prezident İlham Əliyev: Azərbaycan 30 ölkəyə dəstək verib
01.06.2020
Ehtiyatları qorumaq və artırmaq bizim başlıca iqtisadi hədəfimiz olub
01.06.2020
Prezident İlham Əliyevlə AIB-nın rəhbərləri arasında videokonfrans keçirilib - YENİLƏNİB
01.06.2020
Azərbaycan Prezidenti Milli Məclisin iclaslarına gələndə Dövlət Himni ifa ediləcək
01.06.2020
Birinci vitse-prezident Mehriban Əliyeva uşaqları təbrik edib

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Qasımbəy yeməyi -VIDEO
3 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
4 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
5 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info