Yeni “Samsung” planşeti təqdim olunub
Tarix: 29.03.2019 | Saat: 14:37:00 | E-mail | Çapa göndər




“Samsung” şirkəti “Samsung Galaxy Tab A 8.0 with S Pen” (2019) planşet kompüterini təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “DGL” resursuna istinadən yazır ki, model 1920 х 1200 piksel təsvir ölçülü 8 düym diaqonallı ekranla təchiz edilib. Ekran həm barmaqlar, həm də komplekt “S Pen” qələmi ilə basılmanı tanıyır. Elektron qələmin saxlanılması üçün planşetin korpusunda xüsusi çıxış nəzərdə tutulub. Bundan başqa, qələm planşetdən fərqli olaraq “IP68” standartı üzrə suyadavamlı və tozkeçirməzdir.
Qurğunun əsasını “Samsung Galaxy M20” smartfonunda tətbiq edilən səkkiznüvəli “Samsung Exynos 7904” prosessoru təşkil edir. Operativ yaddaş tutumu 3, quraşdırılmış isə 32 giqabayta bərabərdir. Bundan əlavə, planşet “MicroSD” kartları (512 giqabaytadək) üçün çıxış, “USB Type-C” portu, 5 və 8 meqapiksel təsvir ölçülü kameralar ilə təchiz olunub. 4200 milliamper/saat tutumlu akkumulyator isə qurğunun 11 saat işləməsini təmin edir.
Qalınlığı 8,9 mm, çəkisi 325 qram təşkil edən “Samsung Galaxy Tab A 8.0 with S Pen” (2019) planşeti həm LTE modem və SİM kart çıxışı versiyasında, həm də bir “Wi-Fi” qoşulma modifikasiyasında təklif olunacaq. Hər iki versiyanın qiyməti barədə məlumat verilmir.




 
Bölməyə aid digər xəbərlər
01.06.2020
Prezident İlham Əliyev: Azərbaycan 30 ölkəyə dəstək verib
01.06.2020
Ehtiyatları qorumaq və artırmaq bizim başlıca iqtisadi hədəfimiz olub
01.06.2020
Prezident İlham Əliyevlə AIB-nın rəhbərləri arasında videokonfrans keçirilib - YENİLƏNİB
01.06.2020
Azərbaycan Prezidenti Milli Məclisin iclaslarına gələndə Dövlət Himni ifa ediləcək
01.06.2020
Birinci vitse-prezident Mehriban Əliyeva uşaqları təbrik edib

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Qasımbəy yeməyi -VIDEO
3 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
4 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
5 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info