Azərbaycan və Rusiya gömrük orqanları arasında növbəti işçi görüş keçirilib
Tarix: 29.03.2019 | Saat: 14:42:00 | E-mail | Çapa göndər


Xaçmaz şəhərində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Rusiya Federal Gömrük Xidməti Şimali Qafqaz Gömrük İdarəsinin səlahiyyətli nümayəndələri arasında növbəti işçi görüş keçirilib.
Azərbaycanı təmsil edən nümayəndə heyətinə Dövlət Gömrük Komitəsi Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Dilavər Fərzəliyev, Rusiya təmsilçilərinə isə Dağıstan Gömrüyünün Gömrük Tranzitinə Nəzarət şöbəsinin rəisi Zahid Hacıyev rəhbərlik edib. Görüşdə həmçinin "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin və "Rusiya Dəmir Yolları" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları da iştirak edib.
Görüşdə mallar və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçidinin sürətləndirilməsi, sərhəd-buraxılış məntəqələrində növbələrin aradan qaldırılması, şəxslər, mallar və nəqliyyat vasitələrinin intensiv qaydada buraxılışının təşkili, Azərbaycanla Rusiya arasında daşınan mallar və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsi sisteminin təkmilləşdirilməsi və bu istiqamətdə 31 may 2018-ci il tarixində Dərbənd şəhərindəki görüşdə müəyyən edilən tədbirlərin icrasına dair məsələlər müzakirə edilib.
Tərəflər kənd təsərrüfatı məhsullarını daşıyan nəqliyyat vasitələrinin "Samur" və "Yaraq-Qazmalar" sərhəd-buraxılış məntəqələrindən sürətli keçidinin təmin edilməsi, məntəqələrin qarşısında yaranan növbələrin operativ şəkildə aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsi ilə bağlı razılığa gəliblər.
Eyni zamanda "Azərbaycan Dəmir Yolları" Qapali Səhmdar Cəmiyyətinə Rusiya Dəmir Yolları Açıq Səhmdar Cəmiyyətinə dəmir yolları ilə daşınan mallar barədə ilkin məlumat mübadiləsini tam həcmdə həyata keçirmək barədə razılıq əldə edilib.
Görüşün sonunda mallar və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçidinin sürətləndirilməsi, sərhəd-buraxılış məntəqələri önündə növbələrin aradan qaldırılması, şəxslər, mallar və nəqliyyat vasitələrinin sərhəd-buraxılış məntəqələrindən intensiv qaydada buraxılışının təşkili və Azərbaycanla Rusiya arasında daşınan mallar və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsi sisteminin təkmilləşdirilməsinə dair Protokol imzalanıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
31.05.2020
Yeni sosial layihə
31.05.2020
Müddətli həqiqi hərbi xidmətə növbəti çağırış başa çatdı
31.05.2020
Ünvanlı sosial yardımın artıq ödənişini könüllü qaytarmayanlar məhkəməyə veriləcək
31.05.2020
Həvəsləndirmə yerlərinin tətbiq olunduğu müəllim yerlərinin sayı açıqlandı
31.05.2020
Yalnız bu taksi sürücüləri şəhərlərarası sərnişin daşıya biləcəklər

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla
3 Qasımbəy yeməyi -VIDEO
4 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
5 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info