Prezidentin tapşırığına əsasən İ.Cəfərzadə müalicə üçün Almaniyaya yola salınıb
Tarix: 26.07.2013 | Saat: 15:16:00 | E-mail | Çapa göndər


“Nabran Holiday Village” istirahət mərkəzində bədbəxt hadisə nəticəsində ciddi xəsarət almış iki yaşlı İmran Cəfərzadə Prezident İlham Əliyevin tapşırığına əsasən, Berlinin ən yaxşı klinikalarından biri olan “Charite”də əməliyyat olunması üçün iyulun 26-da Almaniyaya yola salınıb. “Akvapark”da bədbəxt hadisə nəticəsində ciddi xəsarət almış azyaşlı İmran Cəfərzadəyə zəruri tibbi yardımın göstərilməsi üçün Heydər Əliyev Fondu tərəfindən təşkilati məsələlərin icrasına başlanılıb.
Almaniyadan Bakıya gəlmiş ixtisaslaşmış həkimlərdən ibarət ambulans təyyarə uşağı 28 gün davam edəcək diaqnostika üçün xəstəxanaya aparıb. Həmin vaxt ərzində Almaniyada bu sahənin ən yaxşı həkimlərinin bir neçə konsiliumu keçiriləcək. Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə artıq həmin həkimlərlə danışıqlar aparılıb. İlkin olaraq 2-3 əməliyyat keçiriləcəyi istisna edilmir. Hazırda uşağın vəziyyəti stabildir. Uşaq uzun müddət hovuzda qaldığına görə onun ağciyərinə düşən su həkimlər tərəfindən çıxarılıb.
Heydər Əliyev Fondu İmran Cəfərzadənin üzərində əməliyyatın keçirilməsi üçün bütün xərcləri öz üzərinə götürəcək. Bundan əlavə, Azərbaycan Prezidentinin tapşırığına əsasən, ailənin uşağın müalicəsinə xərclədiyi bütün vəsait də dövlət tərəfindən ödəniləcək.
Azyaşlının anası Nuridə Cəfərova deyib: “Azərbaycanın Prezidenti İlham Əliyevə və onun xanımı Mehriban Əliyevaya minnətdarlığımızı bildiririk. Bütün Azərbaycan xalqına, o cümlədən Mərkəzi Klinik Xəstəxananın bütün işçi heyətinə təşəkkür edirik. Fəxr edirik ki, Azərbaycan kimi ölkədə yaşayırıq”.
Mərkəzi Klinik Xəstəxananın təcili yardım həkimi Azad Əbilov jurnalistlərə açıqlamasında xəstənin vəziyyətinin stabil olduğunu bildirib. Qeyd edib ki, xəstəyə lazım olan preparatlar vurulub, o, tam stabil halda tibbi təxliyə ilə Heydər Əliyev Beynəlxalq Aeroportuna çatdırılmış və alman həkimlərə təhvil verilib.




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“Türk ocağı” Azərbaycanda bərpa olundu
21.09.2019
Bakı dünyanın 60 ən təhlükəsiz şəhəri sırasındadır
21.09.2019
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq
20.09.2019
“Selcanın bütün dedikləri doğrudur“-Fuad Qəhrəmanlının ikinci qızı
20.09.2019
İçi dərmanla dolu 4 anbar aşkarlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


22.09 17:45
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info