Masallıda “Zərərli vərdişlərə yox deyək” mövzusunda konfrans keçirilib
Tarix: 29.03.2019 | Saat: 14:51:00 | E-mail | Çapa göndər


Bu gün, 29 mart 2019-cu il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Gənclər Mərkəzində yeniyetmə və gənclərin zərərli vərdişlərdən , narkomaniyadan uzaqlaşdırılması məqsədilə “Zərərli vərdişlərə yox deyək” mövzusunda konfrans keçirilib
Tədbiri giriş sözü ilə açan Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov ilk öncə tədbir iştirakçılarını salamlamış və İdarə tərəfindən mütəmadi olaraq yeniyetmə və gənclərin zərərli vərdişlərdən, narkomaniyadan uzaqlaşdırılması məqsədilə keçirilən bu cür maarifləndirici tədbirlərinin əhəmiyyətindən söz açaraq bildirdi ki, zərərli vərdişlərin, xüsusilə narkomaniyanın profilaktikasında ən səmərəli vasitə gənclərin asudə vaxtının təşkilidir. Bu prosesdə idmanın əhəmiyyəti şəksizdir. Gənclərimizin asudə vaxtının səmərəli təşkili məqsədilə dövlət başçımız cənab İlham Əliyevin tapşırığı ilə respublikamızın bölgələrində Olimpiya İdman kompleksləri inşa olunmuş, idman zalları və meydançaları yaradılmış və yenidən qurulmuş, rayonlarda gənclərə sosial xidmət göstərən “Gənclər Evləri” tikilərək gənclərin istifadəsinə verilmişdir.
Tədbirdə Masallı rayon Təhsil şöbəsinin metodisti A.Abbaszadə, rayonun fəal gənclərindənT.Əhmədov və başqaları çıxış edərək, zərərli vərdişlərə qarşı mübarizə hər bir vətəndaşın qarşısında duran ən böyük sosial və tibbi problemdir. Əmək qabiliyyətinin itirilməsinə, ailənin dağılmasına, insanın mənəvi tələbatının və iradi keyfiyyətlərinin itməsinə gətirib çıxara bilər. Zərərli vərdişlərə düçar olmuş adamlar tədricən insanlıq simasını tamamilə itirirlər. Özlərinin əhatəsində olan adamlara mənəvi zərbə vururduqlarını bildirdilər
Sonda tədbir iştirakçılarına müzakirə olunan məsələ ilə bağlı müzakirələr aparıldı.
Əlihüseyn Şükürov




 
Bölməyə aid digər xəbərlər
25.05.2020
Şamaxının icra başçısı və İcra Hakimiyyətinin əməkdaşları karantinə alınıb
24.05.2020
Azərbaycanda daha 140 nəfər koronavirusa yoluxdu, 101 nəfər sağaldı
24.05.2020
Sabah şimşək çaxacaq, yağış yağacaq
23.05.2020
Naxçıvan MR-ə yeni Baş naziri təyin edildi
23.05.2020
Azərbaycanda xüsusi karantin rejimi uzadılacaqmı?

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
2 Vladimir Putin Prezident İlham Əliyevə telefonla zəng edib
3 Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb
4 TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqlayıb
5 Bəzi erməni sakinləri azərbaycanlı icmasına müraciət edərək birgə sülh şəraitində yaşamaq istədiklərini bildiriblər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info