“Bakcell” gənc developerlər üçün məzun gecəsi keçirib
Tarix: 29.03.2019 | Saat: 14:56:00 | E-mail | Çapa göndər


Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi “Bakcell” şirkəti AppLab proqramının növbəti məzunlarını elan edib.
“Bakcell” şirkətindən verilən məlumata görə, 2018-2019-ci illər ərzində “AppLab”da iştirak etmiş layihələrin uğurlarını qeyd etmək üçün təşkil edilmiş tədbirdə “Run2Help”, "Bilik.al", “Madebyaz” və “Balta” layihələrinin müəllifləri ideyaların hazır və bazarda tələb olunan məhsullara çevrilməsində “AppLab”ın mühüm rolu haqqında danışıblar. Gənc developeralərə “Bakcell” şirkətindən xüsusi sertifikatlar təqdim olunub.

“Biz görürük ki, Azərbaycanın gəncləri çox böyük bir potensiala malikdirlər. Mən əminəm ki, bu gənclərin ideyaları tək yerli bazar deyil, hətta beynəlxalq səviyyədə belə rəqabət apara biləcək məhsul və xidmətlərə çevrilə bilər. “Bakcell” fəxr edir ki, ölkənin ən innovativ məkanlarından biri olan “AppLab” Mərkəzindəki şəraitdən yararlanan komandaların yaratdığı mobil tətbiqetmələr və məhsullar müxtəlif platformalar üzərindən yüklənir və artıq istehlakçılar tərəfindən aktiv şəkildə istifadə olunur. Bu, bizim fəaliyyətimizin effektiv olmasının bariz nümunəsidir və biz “AppLab” iştirakçıları arasında bu qədər uğurlu layihələrin olması ilə qürur duyuruq”, deyə “Bakcell”in baş icraçı direktoru Nikolai Beckers bildirib.
Qeyd edək ki, “Bakcell” ölkədə startapların inkişafına yönəlmiş layihələrinin həyata keçirilməsini dəstəkləyən ilk şirkətlərdən biri olub. “AppLab” proqramının fəaliyyətə başladığı 2014-cü ildən bəri müxtəlif avadanlıq və proqram təminatlarının tərtibi ilə məşğul olan yerli developerlər öz ideyalarını həyata keçirmək üçün “Bakcell”dən dəstək alırlar. “AppLab” layihəsinin iştirakçıları şirkətin “AppLab” Mərkəzində təqdim olunan pulsuz İnternet, masa və təlim otaqları ilə yanaşı üzərində işlədikləri proqram təminatı və cihazların inkişaf etdirilməsi və sınaqlardan keçirilməsi üçün tələb olunan ən son avadanlıqlardan yararlanmaq imkanına malikdirlər.
Ötən ilin sonunda İNNOLAND İnkubasiya və Akselerasiya Mərkəzi ilə imzalanmış müqavilə çərçivəsində Bakcell ilə İNNOLAND startaplar üçün inkubasiya proqramını birlikdə həyata keçirirlər. Buna görə də “AppLab” artıq Akselerasiya Mərkəzi kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, AppLab Akselerasiya Proqramına ərizə qəbulu açıq elan edilib. Daha öncə “AppLab”da inkubasiya prosesini uğurla başa çatdırmış “Run2Help” layihəsi isə artıq “AppLab” Akselerasiya Mərkəzinə qəbul olunub.
İnnovasiyalar sahəsində özünü doğrultmuş lider olan Bakcell şirkəti yerli startapların inkişafı, təhsil, elm və texnologiya sahəsində həyata keçirilən layihələri dəstəkləməyə davam edəcək.
Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir.
Bakcell şirkətinin 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir.
7000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Best in Test”). 2018-ci ildə şirkət “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat bütün dünyada tanınmış “Ookla” şirkəti tərəfindən “Bakcell”ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
31.05.2020
Əli Əhmədov: Sosial şəbəkələr bir çox hallarda insan hüquqlarının pozulması, şəxsiyyətin mənəvi terrora məruz qalması, ləyaqətinin alçaldılması vasitəsinə çevrilib
31.05.2020
Sosial şəbəkələr siyasi qarşıdurmalara çağırış, mənəvi terrora, təhqirə məruz qoyma platformasına çevrilib
31.05.2020
Şamaxı Rayon Ağsaqqalları Prezident İlham Əliyevə müraciət ediblər
31.05.2020
İyun ayında bəzi günlərdə temperatur 39 dərəcəyə çatacaq
31.05.2020
“Mən həmişə fəxr edirəm ki, Vətənimin Sizin kimi rəhbəri var“

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla
3 Qasımbəy yeməyi -VIDEO
4 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
5 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info